dj.tural on justtake.net

Tural Yusifov Photos & Videos on Instagram

@dj.tural See full size profile   21.08.1981 - @dj.tural Facebook - https://www.facebook.com/turaldj/ 👇

1 day ago

Məzunlarımızı təbrik edirik 🎉🎉 Əziz məzunlar, siz 19 iyun 2019-cu il tarixinədək Mehdi Hüseyn 79 ünvanında yerləşən Mobitel mağazasına yaxınlaşaraq, istədiyiniz Nokia smartfonunu 20% endirimlə əldə edə bilərsiniz 🎁 #nokia #mobitel #ads

4840
1 day ago

Uşaqlığımın kitabları və fotoaparatlarım. Atam müxtəlif fotoaparatlar yığardı. Özü çəkib, özü lentdən kağıza çap edərdi. Mən lentlə işləyib, onu aşkarlamaq və fotokağıza köçürməyi bacarıram :-) Atam öyrədib. İndi bunu avtomat edir. Dünya görüşüm, mübarizə əzmi, faydalılıq və s cəhətləri isə kitablardan öyrənmişəm. Uşaq vaxtı ən çox xoşladığım Cek London və Mayn Rid olub ❤. Mayn Ridi bir çoxlarınız "Başsız atlı" romanı ilə tanıyırsız. Onun hindu qəbilələri haqqında çoxlu müxtəlif maraqlı əsərləri var. Klassika heç vaxt ölmür. Yeri gəlmişkən, məndə belə 6 ədəd vintaj fotoaparat var 😎 #oxugetsin #vintages #vintagephotograpy

7900
2 days ago

İlkin Xəlilova olan təzyiqdən xəbərim yoxdur. Bu gün mətbuatdan oxumuşam. Amma #affa tənqidə görə jurnalistə hansısa təzyiqi seçirsə, ayıb olsun. Guya tənqid etməsək, futbolunuz dağı dağ üstünə qoyacaq. İnkişaf tənqidlə olur. Ya gələcəksən mikrafon istəyib tənqidlərə cavab verəcəksən, ya da susub, utanıb işini görəcəksən. Məhz işini görəcəksən. Bu 10 illiklər ərzində ölkə çempionatında iştirak edən komandaların sayı 8 komandaya düşübsə, gənclərimiz Lixtenşteynə məğlub olursa,( bizi məğlub edən 22 nəfər gəncin Abşeron boyda ölkədən çıxması ayrı bir möcüzədir), illərdir qrup sonuncusu oluruqsa, bunun günahı nə İlkində, nə Sənanda, nə də Rüstəmdə deyil e, cavabdeh olan #affa ‘dadır. Mən İlkinə təzyiq olduğunu bilmirəm. Amma varsa, mən həmkarımın yanındayam. Hörmətli, #affa #mənilkinəm. Mən də İlkin kimi düşünürəm və onun dediklərinə qatılıram.

5.6k0
3 days ago

Bu gün ilk dəfə #AvtoBaz -da müqayisəli test çəkdik. İzləyicilərim çoxdan belə bir icmal istəyirdilər. Və bu tip icmala D seqmentinin trendləri ilə başlamaq qərarına gəldim. 2019-cu il model 2.0 turbo mühərrikli #hondaaccord , 2019-cu il model 2.5 mühərrikli #toyotacamry -ə qarşı. Sizcə hansı? #accord yoxsa #camry ?

3.1k0
4 days ago

@eltunbakhishzade yə kiçik müsahibəmdə kiçik olmayan məsələlərdən danışmışam. Tam versiya #youtube də var.

7.0k0
4 days ago

🇦🇿 *Azərbaycan Respublikası Silahlı Qüvvələri* 🇦🇿günü münasibəti ilə *“SOCAR PETROLEUM”*-dan silahlı qüvvələr və güc strukturları əməkdaşları üçün _ekskluziv kampaniya_ 📜elan edilir. *“CNG AutoGas”* MMC-də sıxılmış təbii qaz avadalığı quraşdıran 👥hər kəsə *”SOCAR PETROLEUM”*-dan *200* AZN dəyərində 💳yanacaq kartı hədiyyə olunur. Kampaniya 🗓 *30 iyunadək* qüvvədədir. Əlavə məlumat üçün: 📲 *0502024112* 💻 _instagram_ * @socarpetroleum * 💻 _facebook_ *SOCAR PETROLEUM QSC*

3710
1 week ago

Öz meydanımızda 1:5 məğlub olmaq üçün xorvat məşqçi gətirməyə ehtiyac yox idi. Özümüz də bacararıq. Hörmətli #affa , nə vaxta qədər? Dəqiq tarix bilirsiniz?

2.2k0
1 week ago

Futbol həyat tərzidir. Sevdiyin komanda ilə yaşayırsan. Onunla həyacanlanırsan, hətta aramızda son anda stadiona daxil olub komandamız üçün qol vurmağı da xəyal edənlər var. Sevdiyimiz komandanın atributları da öz yerində. T-shirt, şalvar, saat, hətta döymə. İndi isə qərbdə olan bur tendensiya bizə gəldi. Nəhayət!!! Beynəlxalq bank Yuventus futbol klubu ilə birgə kart təqdim edir. “Yuventus Mastercard Platinum” co-brand debet kartını təqdim edir. Yuventus azarkeşləri üçün. Kartın üstünlükləri: 🔹 Müddəti - 3 il 🔹 Kartın növü - Platinum 🔹 Cashback - 1%-dən 40%-dək 🔹 “Juventus Official Online Store” (https://store.juventus.com/en/) saytında alış-verişə - 2% cashback 🔹 Qiymət - 30 AZN 🔹 SMS xəbərdarlıq - pulsuz 🔹 Nağdlaşdırma - 0% 📍 Qeyd: ÖNCƏDƏN SATIŞA START VERİRLƏR! Kartını İNDİ SİFARİŞ VER, məhdud saylı bu kartların ilk sahibi sən ol! 📍 Ətraflı: http://bit.ly/2Qv45MG #ABB #IBA #Yuventus #MasterCardPlatinum #ForzaJuve

3620
1 week ago

Bu da mədəni Avropanın, mədəni ölkəsi İslandiya. Türkiyə futbol yığması İslandiyaya gəlib. 3 saat passport kontrolda saxlanılıb. Müsahibə zamanı isə bir azarkeş mikrafon əvəzinə fırça uzadıb. Bunu türklər etsəydi, dünyada hamı onları qınayacaqdı. Ümid edirəm Türkiyə yığması cavabı meydanda verəcək. Bu isə zarafat deyil, alçaqlığdır.🇹🇷 #euro2020 #islandia 🤬 #türkiye

1.4k0
1 week ago

Qurban Qurbanovla, Prosineçkini niyə yola saldılar ki? İldə bir məşqçi dəyişmək effektiv deyil. Nə vaxta qədər əsəb keçirəcəyik? İnsanları futbola səslə, azarkeşlər stadionu doldursun, sonu da belə. ..Mənə görə, Azərbaycan yığmasına ən uyğun məşqçi Naci Şensoydur. Tovuzun "Turan" klubunu çalışdırıb. Komandası məğlub olsa belə, döyüşürdü. Məhz döyüşürdü. Naci bəy yeniçəridir. Yığmamız İqor Panamoryov, Cokiça Hacıyevski, Əhməd Ələsgərov (Allah rəhmət etsin) zamanında daha yaxşı oynayıb. Düzdür, məğlub olub. Amma məzmunlu oyun olub. @affa_official bəlkə bəsdir??? #affa #milliyığma #euro2020

1.4k0
1 week ago

Mən səyahətləri sevirəm. Xüsusən avtomobillə uzaq yerlərə səyahət etmək. Hətta Avrasiya materikini avtomobillə keçmək istəyirəm. Getdiyim yerləri isə ayaqla gəzirəm. Bir günə 20-30 km gəzərəm, heç uf da demərəm. İnşəAllah 43 yaşımda dünya səyahətinə çıxacam. Allah izn versə, edəcəm. Bir səhərimi Himalayda açmağı arzu edirəm. Siz necə bir səyahət sevirsiniz?

3.7k0
1 week ago

"Film de, baxaq" deyirsinizsə #TheTerror baxın. Britaniya donanmasınən arktikaya səfərindən bəhs edir.

2.2k0
1 week ago

Yay başlayan kimi kondisioneri söndürmək istəyənlərlə mübarizəm başlayır. A bala, soyuqdur? İsti geyin. Mən axı iş yerində soyuna bilmərəm. +21 dərəcədə donan adam qışda necə sağ qalıb anlamıram.

2.0k0
2 weeks ago

Elektrik avtomobili seçimi davam edir. Volkwagen E-UP və Mercedes-Ben 250 EV. Volkwagen E-UP - 36.8 kWh batareya, 220 km məsafə qət edir, sürətli yükləmə 50 dəq, məişətdən 6 saata, qiyməti 22000 avro 👍 250 EV - 31kWh batareya, 150 km məsafə qət edir, sürətli yükləmə 30 dəq, məişətdən 3 saat, qiyməti 42000 avro 👎 Mercedes sanki Teslanı unudub. 150 km-ə 42000 avro nədir??? 🤣

1.3k0
2 weeks ago

"SOCAR PETROLEUM" QSC-dən Bayram GIWEAWAY. Qoşulun və qazanın. Yarışma @socarpetroleum İnstagram səhifəsində keçirilir Giveaway müsabiqəsinə START 28 May Respublika günündə verilir. Şərtlər çox sadədir: 1) @socarpetroleum səhifəsində son postu like edirsiz; 2)Həmin postda 3 nəfər dostunuzu tag edirsiz; 3)Siz və dostlarınız @socarpetroleum səhifəsini follow etməlisiniz; 4)Yalnız bir dəfə comment yaza bilərsiz. Təsadüfi üsulla və canlı efirdə seçilən izləyicilər "SOCAR PETROLEUM" QSC-dən 1-ci yer – 300 AZN yanacaq kartı 2-ci yer – 200 AZN yanacaq kartı 3-cü yer – 100 AZN yanacaq kartı qazanacaq GIVEAWAY müsabiqənin müddəti: 06.06.2019-cu il tarixində 00:00-da müsabiqəyə stop veriləcək. Qaliblər 07.06.2019-cu il tarixində 15:00-da elan olacaq.

4740
2 weeks ago

Ramazan bayramıdır. Ay göründü ya yox bunun mübahisəsini aparmıram. Texnologiyalar var , XXI əsrdir. Necə deyərlər teleskopun qadasını alım. Bu gün fitrə çıxardanlar olacaq. Əgər bir kimsənin dərmana ehtiyacı varsa, sizin verdiyiniz düyünün ona faydası olmayacaq. Bir kimsənin övladının müalicıyə ehtiyacı varsa, verdiyiniz xurmanın ona faydası olmayacaq. Ona görə, mənim şəxsi qənaətim ,məntiqim və oxuduqlarım deyir ki, kimin nəyə ehtiyacı varsa, onu qarşılamaq lazımdır. Bölüşün, paylaşın və yardımlaşın. İslamın əsas qayəsi budur. Alnını səcdəyə qoyub, amma yardımlaşmırsansa, etdiyin ibadətin gimnastikadan fərqi yoxdur. Ətrafınıza baxın. Ehtiyacı olanları müəyyən edir və onların nəyə ehtiyacı varsa, onu qarşılayın. Bayramınız mübarək. Allah (c.c) sizdən və bizdən qəbul etsin.

1.8k0
2 weeks ago

Bilirsiz ki, 2020-də elektrik avtomobilinə keçmək istəyirəm 🔌. 2020-ci il mənim üçün elektrik avtomobili ilidir. Ona görə seçimlərimi indidən etmək istəyirəm. Nissan Leaf yoxsa Hyundai Kona? Hyundai Kona (2019) - 64 kwt , kompakt SUV, 5 yerlik , tam yüklənmədə 470 km məsafə qət edir - Rəsmi satıcıdan 35000 $-dan başlayan qiymətə. Nissan Leaf 2 (2019) - 40 kwt, hetçbek, 5 yerlik, tam yüklənmədə 380 km məsafə qət edir - Rəsmi satıcıdan 35000$ -dan başlayan qiymətə. Kona ikinci əl bazarı Gürcüstanda yoxdur. Amma Leaf var. 2018-in Leaf-i 29199$-dır. Gürcüstanda qeydiyyata alınmamış 2019-cu ilin Leaf-ni 15000 dollara almaq olar. Sizcə ? #electrocar #avtobaz #avtostop #djtural #2020elektrikili

1.8k0
2 weeks ago

Bu dəfə 3-lüyə star verirəm. Sevdiyim film, avtomobil, film, kitab və həyat tərzinə aid 3-lükləri bölüşəcəm. Başladıq. Sevdiyim 3 film: 1. Səmaya toxunmaq 2. Yeddi 3. Döyüş klubu Sevdiyim 3 dəhşət janrında film: 1. Mişar 1 2. Pusana gedən qatar 3. Saylent Hill Sevdiyim 3 döyüş janrında film 1. Rembo 1 İlk qan 2. Revolver 3. Çaqqal Sevdiyim 3 dram janrında film: 1. Şouşenkdən qaçış 2. Qardaş (1,2) 3. Forrest Qamp Sevdiyim 3 fantastika janrında film: 1. İnterstellar 2. Matrisa 3. Terminator 2

1.4k0