xəyal Photos & Videos

12 hours ago

~ İlk postumuz xeyirli olsun :) #mavi

101
14 hours ago

"Nəfəs"Bir dəfə... sadəcə bir dəfə zəng ele. Danışma mən də danışmayacam. Nəfəsini hiss edim. Bu səfər mən hiss edim. Sözlərə ehtiyyac yoxdur,  bir nəfəsini duyum bəsdir. Rahat nəfəs alım. Gəl, yənə mənə yeni nəfəs ol. Birlikdə bu bədəni ayaq üstə tutaq. Amma gələ bilmərsən bilirəm. Ona görə heç olmasa mən duyum o nəfəsi. Gəlməsən də olar.. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

271
22 hours ago

... Balkonda siqaretindən sonuncu qullamını alaraq düşünürdü.Sadəcə düşünürdü.Bəlkə də yeni bir hekayə düşünürdü,bəlkə də həmin günü düşünürdü,yaxud sevdiyi insanı düşünürdü,ya da düşünməyi düşünürdü.İnsan ömrü boyu düşünür.Zatən düşünmürsə yaşamır deməkdir.O da düşünməyi düşünürdü.Düşüncələrini bir başlanğıc olaraq görürdü.Yaşadığı bu günün başlanğıcı,gələcək olan sabahının başlanğıcı,sevgisinin başlanğıcı,yeni bir hekayənin və daha bir çox şeyin başlanğıcı olan düşüncələr.Və daha sonra bu düşüncələrini lap çox düşünəcəkdi.Düşündükcə də onlar arzulara çevriləcəkdi.Artıq düşündüklərini arzu edəcəkdi,onların arzusu ilə yaşayacaqdı.Və bir az sonra bu arzularını arzuladıqca onlar üzərində xəyallar qurmağa başlayacaqdı.Beləliklə,həmin arzuları xəyallarına çevirəcəkdi.Xəyalən həmin arzuları dəfələrlə yaşayacaqdı.Hər an o xəyallarını özünün bir parçası olaraq görəcəkdi.Xəyallarsa gerçəkləşdirmək üçündür.Onların gerçəkləşməsi üçün qarşısına məqsəd qoyacaq,mübarizə aparacaqdı.Artıq həmin xəyalları gerçəkləşmək üçün məqsədlərinə çevriləcəkdi.Məqsədlərinə çatdıqda isə artıq düşüncələri ilə başlayan başlanğıc məqsədlərinin reallaşması ilə sonlanacaqdı.Gerçəkləşən gerçəklərinin gətirdiyi xoşbəxtlik ilə onun dadını çıxaracaqdı.Bir yandan da yeni düşüncələr ortaya çıxacaqdı.Yeni bir gerçəkləşmənin əsası qoyulacaqdı... Əlində tutduğu siqaretin söndüyünün fərqinə vararaq onu bir kənara tulladı və düşüncələri ilə başlayan başlanğıcın gerçəkləşməsi üçün sıralamanı tamamlamağa getdi... Bəli,həyatımızda hər şey düşüncə ilə başlayır,sırası ilə digər ünsürlərə çevrilir və sonda da gerçəkləşir.Əsla və əsla düşüncələrinizdən,arzularınızdan,xəyallarınızdan və məqsədlərinizdən vaz keçməyin.Hər biri üçün ayrılıqda mübarizə aparın.Unutmayın,onlar gerçəkləşdirmək üçündür,mümkün olmayansa heç nə yoxdur.Bir şey də var:ümid.Bu sıralamanı tamamlayarkən ümidlərinizə bərk-bərk sarılın və əsla onları itirməyin.Çünki ümidsiz bütün bunlar meyvəsiz ağac kimidir.Daima görünüş sərgiləyər,əsla bar verməz! Jacob_Huseyn 17.06.19/20:02 #jacobhuseyn #düşüncə #arzu #xəyal #məqsəd #sadəcəsən #ARN

415
1 day ago

"Ürək"Bugün darıxdım sənin üçün. Amma heç kimə demədim. Heç sənə də yazmadım. Şəkillərinə baxdım. Gözlərimdən yaşlar süzüldü. Darıxıram. Nə qədər keçdi desəm də, günlər,aylar keçsə də yenə səni xatırlayanda darıxdığımı özümə belə etiraf etməyə utanıram. Ah..nece darıxıram bil bilsən. Kaş bilsən...Bu ürək səni necə sevirmiş. Nə edirəm edim atmır səni. Bir zamanlar ürəyim alsın deyə ağlım almırdı səni. İndi də ürəyim elə bərk-bərk tutub ki, səni ondan ala bilmirəm. Ah ürək... #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

353
2 days ago

"Həqiqi"Daş səkilərin üstündə yox, dəniz kənarında gəzmək lazımdır.Şəkillərə yox, səmaya baxmaq lazımdır .Eləcə də əlinden tutmaq yox, başını çiyninə qoymaq yox, qucaqlamaq yox, sevirəm demək yox, onu sevgiyə sarmaq lazımdır. Necə? Sadəcə, gözlərinə bax bütün sevginlə.Qaçırma gözünü qarşındakı başqası deyil yardır, sevgidir,ümiddir , həyatdır və bəlkə də, sonsuzluqdur. Yox ol o sonsuzluqda.  Hər şeyin həqiqisini istəyin. Həqiqisini...Yalançı, saxta şeylər sizi xoşbəxt etməz anlayın bunu. Keçici şeylerə həyatınızda yer vermeyin. Onlar sizin vaxtınızı oğurlayır sizdən. Həqiqi şeyler  isə həyatınızda özünə bir dəfə yer edecek  və vaxtınızı oğurlamayacaq.Siz özünüz onunla vaxtınızı paylaşacaqsız. Siz qollarınızı açıb gəl məni qucaqla deməmiş o, güclü qolları ilə sizi belinizdən anidən bərk-bərk qucaqlayacaq. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

292
3 days ago

"Xoş gəldin"Bir gün qalxacaq yuxudan hiss edeceksen ki, nəsə fərqlilik var. Gedib əl-üzünü yuyacaqsan, həmişəki kimi aynada üzünə baxacaqsan sonda amma nəsə var . Əksinə baxıb gülürsən səbəbsiz. Hər gün qarşılaşdığın sima sənə fərqli gəlir. Çay süzürsən amma çayın dadı bir başqadır. Görəsən bu başqa çaydır deyə düşünürsən amma bilirsən ki, yox. Paltarlarına baxırsan nədənsə bugün fərqli bir şey geyinmək istəyirsən. Nadir geyindiyin mavi  donu  geyinirsən. Bu gün saçlarını yığmaq istəmirsən qoy açıq qalsın. Bütün bu fərqliliklər sənə tanış gəldi? Sən bilmirsən amma bu ilk sevgidir. İlk sevginin ilk səni dəyişdirən yanlarıdır. Artıq öyrəş. Nə qədər müddət olacağını bilmirəm amma xoş gəldin sevgim həyatıma... #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

341
4 days ago

"Dəyişmisən"Əvvəl ki, kimi deyilsən. Baxışların dəyişib. Soyuqdur. Çoxx soyuqdur. Dodaqların dəyişib əvvəl kimi məni görəndə yuxarı qıvrılmır. Əllərin dəyişib əvvəlki kimi möhkəm-möhkəm tutmur. Qoxun dəyişib  əvvəlki deyil, başqası qoxursan artıq. Günah kimdədir ya nədədir?  Gözlərin mənim gözlərimdəki yanğını görmədi? Dodaqların mənə görə gülməydən yoruldu? Əllərinin gücü yoxdur barmaqlarımın arasındakı, həyatımdakı boşluqları doldurmağa? Ya qoxun...? Ona nə oldu? Gözlərin başqasına baxdı, dodaqların onun üçün güldü, əllərin onu əllərini möhkəm tutdu və onun qoxusu hopdu mənim olan hər şeyə. Sən icazə verdin. Sən mən olan hər şeyi başqasına verdin. Get artıq, mən qoxmursan. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

383
4 days ago

🖇Hər kəsin kimləsə yaxşı-pis xatirəsi var.Bəzilərində yaşanmış münasibətlərin xatirəsi,bəzilərində isə yaşanmamış ,öz əliçatmazı ilə xəyalında canlanan xatirəsi.Zənnimcə xəyalda canlanan xatirə ,xəyal etdiyinin necə əlçatmaz olduğunu ,mükəmməl olduğunu göstərir.Bəlkə də,kimsə onu yaşayıb dəyərsizləşdirəcək,amma sən əlçatmazın edib ömür boyu xəyalında yaşadacaqsan.Xəyal edin,xatirəniz olsun.🌿✨ . . . . #enniomorriconechimai #xəyal #xatirə #saudade

2189
6 days ago

"Papatya" Sənin sevgin bilirsən nəyə bənzəyirdi? Papatyalara. O güllər o qədər gözəldir ki. Görmüsən ki, heç sevgililər qızılgülün ləcəklərini qopararaq " sevir, sevmir" desin? Ya başqa gülün? Yox. Heç düşünmüsən niyə belə həvəslə, ümidlə bunu edirlər. Hər ləçəyə niyə belə ümidlə baxırlar? Çünki papatyalar başdan sevgi gülüdür. Qoxusu yoxdur amma sən onu sevirsən, tikanı yoxdur asanlıqla saçına taxa bilirsən, ağ və sarının vəhdətidir. Ağ sülhün, saflığın rəmzi , sarı isə ayrılıq həsrətin rəngidir amma papatya və onun hər ləçəyində bir ümidlə bitirir. Sonunda sadəcə hər kiçik ümidin bağlı olduğu sarı başlıq qalsa da sev papatyaları.Bax o sarı başlıq da həsrətin, ayrılığın içindən saflığı, sevgini böyüdüb. İndi sıra səndədir yoxla SEVİR YA SEVMİR? #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

365
6 days ago

"Soyad"Qızlarda görmüşdüm sevgililərinin soyadını adlarının yanına yazıb yaraşıb yaraşmadığına baxırdılar. Gülürdüm onlara) Sən gəldin Biz olduq. Sonra özümdən də xəbərsiz mən bunu etdim bir gün. Soyadını adımın yanına yazıb gülümsədim...sənə aid olmuşdum. Hər soyadıma baxanda qürur hissi duyacaqdım. O mənim üçün soyad yox ən gözəl ev idi.  Sən qoxan və sən olan ev. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

296
1 week ago

Həyatda güc mənbəyim inam olub! Hər atdığım addımlarımda mənimlə birgə adımlayan xəyallarım olub! Qərarsız qalan zaman qətiyyətli yollara yönləndirən isə sıxıntılarım olub! #inam #xəyal #sıxıntı

784
1 week ago

"Bir şeyi etiraf edecəm"...Səni sevirəm. Qoy hamı bilsin səni sevirəm. Nə eləmiş olursan ol. Harda olursan ol. Mən səndə tapdım sevgini. Ən gözəl sevgini sende yaşadım. Nə olsun sonunda ayrılıq oldu və sən getdin. Səni sevmək mənə  yaxşı gəlir. Səni düşünmək bilirsən necə hissdir. Sanki, susuz qalmışam günlərlə və sonra mənə 1 stəkan su veriblər. Sən mənə verilən o 1 stəkan susan. Bütün yanğınımı söndürən, qurumuş dil-dodağımı açıb susmadan səndən danışmağıma səbəb olan o bir stəkan susan. Həsrətinlə nə qədər yanmışam heç  xəbərin olmayıb. Hər gözümü yumduqda xəyalının o qaranlığı  işıqlandırdığını  bilmirdin. Yenə susamışam deyirəm ki, biləsən. Qorxma başqasının əlindən bir damla belə olsun su içmərəm. Tez gəl bu susuzluq bitsin. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

321
1 week ago

"Danışacam"Yoruluram bəzən özümü izah etməkdən. Sanki güzgünün qarşısında dayanıb eyni sözləri təkrar-təkrar deyirəm. Hislərimi söz-söz, heca-heca izah etməkdən yoruluram. Hər dəfə qulaq asmaq istəməyənlərə, başa düşməkdən qaçanlar üçün daha ucadan təkrar edirəm. Onlar düşünür yorulacam, susacam amma yox. Onlar belə etdikcə mən susmamalı olduğumu və daha da yüksək səslə danışıb hər şeyi anlatmalı olduğumu anlayıram. İcazə vermərəm soyuq adamların şaxtalı sözləri  insanların qəlbini dondursun. Mən icazə vermərəm. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

302
1 week ago

Həyatınız bir kitab olsa adını nə qoyardınız? #Xəyal 'ım

400
1 week ago

"Səhər"Bəzən səni xəyal edirəm. Saat 12 ya da 1-dir. Sən hələ də yatağında yatırsan. Çünki, sən yuxu aşiqisən sevgilim bilirəm. "Yuxudan belə çox sevəcəyim insanla evlənəcəm" demişdin. Sevmə...yaxşı? Sən yuxunu sev təkcə heç məni də sevmə. Kaş, sən yuxuda olanda yanına gələ bilsəm. Saçınla oynasam. Sən bunu sevirsən. Üzünün hər zərrəsinə tamaşa eləsəm. Sonra sakitcə səni öpüb qayıtsam. Olar? Bu qədər sadə bir şey istəyirəm. Bunu da mənə çox görmüş ola bilmərsən,hə? #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

361
1 week ago

"Yay"Yay gəldi..hər şəyin bir ayrı gözəlləşdiyi qızğın, yorucu, isti bir o qədər də sevinc,sevgi istirahətin cəmləşdiyi dəli-dolu günlər. Çalışın bu yay sevin, bu yay dəlilik edin, bu yay səhərə qədər oyaq qalın, bu yay musiqisiz rəqs edin, bu yay başınızı dizlərinə qoyaraq yuxuya gedə biləcəyiniz biri ilə qarşılaşın. Bu yay da sakitcə dayanıb, qışda "Yay gəlsin bunları edecem, baxarsız" deməyin. Vaxtdır yay gəldi. Sən də sevincini ətrafına yay ki, yay daha gözəlləşsin. Başladıq. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

283
1 week ago

"Evimiz"Sən tərəflərdə  vəziyyət necədir? O evin hələ də qalıb? Hələ də ikimizin də sevdiyi mavi rəngdədir, görəsən. Ya bağçada əkilmiş  papatyalar solub, görəsən. Kitab rəfindəki kitablar  toz olmayıb ki?  Mahnılarımız...cürət edib dinləyirsən? Gözlərini yumub rəqs etdiyimiz anları xatırlayırsan? O evin hər küncündə bir xatirə yaşayır. Sən nə qədər unutmağa çalışırsan çalış, o ev onu sevgiylə dolduranı heç vaxt unutmaz. Əgər bu dəqiqə yanında deyilemsə və rahat nəfəs alıramsa, o evin var olmasının rahatlığıdır. O ev bizi yaşadır, bəlkə  başqa cür də ola bilərdi  amma bu da kifayətdir. Bu da səni gözəl xatırlamağım üçün kifayətdir. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

416
1 week ago

"Musiqi"Yeni-yeni musiqiler axtarmıram artıq. Yeni başlanğıc istəmirəm .Sənin  də mənə məsləhət gördüyen musiqilər də qalıb orda dinləmirəm. Keçmişi xatırlamaq istəmirəm. Səndən öncə olan playlistime qayıtmışam. Qaldığım yerdən davam edirəm. Sanki sən heç olmamısanmış kimi. Yadındadır demişdin ki, musiqilər bizim deyə bilmədiklərimizi deyir. O vaxtlar razılaşırdım səninlə amma indi  yox. Nə qədər axtarsam da hiss etdiklərimi anladacaq musiqini tapa bilmirem. Hamısı biraz yarımçıqdır həmişə. Nəyisə...boş ver. Gedim qulaqcıqlarımı taxım qaldığım yerdən davam edim. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

369
1 week ago

"Artıq"Artıq onlayn oluşunu izləmirəm,bilirsən? Artıq gizlicə profilinə, nə  status paylaşmısan deyə baxmıram. Sırf, sən görəsən deyə durmadan status da paylaşmıram daha. Sadəcə, səsini eşitməkdən ötrü gizli nömrədən də zəng etmirəm. Hər dəfə telefona baxmamışdan əvvəl "İnşəAllah o, yazıb" deyə də dua elemirəm. Hər onlayn oluşanda hiss etdiyim ürək döyüntüləri də yoxdur. O, həyəcanlar da ölüb, o ürək döyüntüləri də. Qəlbimdəki "O" da ölüb. Hansı ki, " O" ilə başlayan hər gözəl cümləyə sənin  adını qoyurdum. İndi sadəcə boşluqsan. Artıq gecələri  yatmayanda səni düşünmürəm. Şəkillərin də silinib. Xatirələri, o gözəl günləri yandırmışam. Amma bir problem var. Bu unutmaq əskiklikdir. Bir yanım yoxdur kimi hiss edirəm. İrəli getdikcə artmırıq, əskilirik. Fərqində deyilik... #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

371
1 week ago

"Bıçaq"Heç gözləmədiyin anda gələr. Bütün qəlbinlə güldüyün anda biran nəfəsin kəsilər. Sanki kimsə tam ürəyinin üstünə bıçaq batırır və  dayanır. Nə reaksiya verəcəyini gözləyir,sanki. Sən dizlərin üstünə çökürsən. Başqa heç bir  hərəkət edə bilmirsən. Ağlamırsan, sızlamırsan,müqavimət göstərmirsən sadəcə sakitcə dizlərin üstündə əyləşib sükutunu qoruyursan. Çünki artıq öyrəşmisən. İlk dəfə deyil. Onu xatırladan hər kiçik zərrə sənə əzabdan başqa bir şey vermir artıq. İzi qalıb artıq  orda. Hər o  yaraya baxanda peşmanlıq hissinə öyrəşmisən. O gözəl anların boşuna havaya sovrulduğuna görə peşmansan. Əlini qaldırır bıçağı çıxarır və əlini yaraya qoyub sakitcə uzanıb qanın dayanmasını gözləyirsən. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

331
1 week ago

-Əslində tarix təkrarlanır.... Eyni #hisslər , eyni #sevgilər və milyonlarla #qırıq qəlb... Əminəm ki, bizimkisi də belə olacaq.... Sən gedəcəksən... Və mən yenə #xəyal qırıqlığına uğrayacağam.... Və #qulaqlıqlar taxılacaq, #mahnılar dinlənməkdən əzbərləcək, #mümkünsüz #arzular , #məhkum #xəyallar baş qaldıracaq hər #gecə..... Amma sən qayıtmayacaqsan.... O gedişindəki səssizliyin ahəngi bürüyəcək qəlbimi, O son baxışdakı #gözlərin qalacaq ağlımda, #Gülüşünü #xatırlayaraq döyünəcək qəlbim... Və bir gün səni unutduğumu sanaram... Artıq səni sevmədiyimi sanaram... Amma birdən biri sənin kimi gülər, səni kiimi davranar, sənin kimi yeriyər, səni kimi danışar, sənin kimi baxar.. Və o an anlayaram #səni unutamdığımı... Bəs qəlbim?! Bəs niyə artıq o sənin adını eşitəndə döyünməz ki?! Və bir gün anladım..Səni #sevmədiyimdən deyil, artıq bir ürəyimin olmadığına görə döyünmürmüş.... Xeyr....Qırdığın üçün yox olmadı qəlbim... #sevdiyi üçün yox oldu... O qədər çox #sevdi ki, #qəlbim səni artıq uyuşdu....

331
1 week ago

"Necə"Necə danışsam necə yazsam da hiss elətdirsəm bu  yanğını və yanğından necə sağ çıxdığımı. Başa düşərsən? Bu bir qırağa heç qulaq asarsan? Dərdimi danışana qədər yanımda qalarsan? Bəlkə, daş olan qəlbin yumşalar, qurumuş  vicdanın sızıldayar. Hara getdin, hardasan bilmirəm. Nə bir əlvida nə bir son söz qoyub getdin gedərkən. Gedirdin sən baxmayaraq ki, gedə biləcəyin ən uzaq yerdəydin. Ona görə məsafələri sevmirəm, bir sağola belə imkan vermir. Bir söz oxumuşdum "Gedərkən  necə baxıbsa, o qədər çox sevib insan"  Mən sənin son baxışını belə görmədim gedərkən. Əslinə baxsan bizimki heç sağollaşmaq da deyildi. Bir şey qopdu və dağıldı. Sən sağ mən salamat. Bir "Sağol" sözünü mənə çox görməyini də unutmayacam, bunu bil. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

350
1 week ago

"Adəm və Həvva"Tanrı ilk öncə Adəmi yaratdı, və onu sınamaq üçün cənnətə göndərdi. Sonra isə Həvvanı yaratdı, amma  cənnətdə  yaratdı. Onlar ikisi də cənnətdən qovulduqda bu Adəm və Həvva üçün eyni şey deyildi. Çünki, Adəm gəldiyi yerə geri qayıdırdı, Həvva isə doğulduğu yerdən qovulurdu. Odur ki, qadınlar cənnət sürgünləridir, unutmayın. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

351
1 week ago

"Qoxun"Gücüm yoxdur sevgilim. Vallah deyirəm gücüm qalmayıb. Dizlərim üstə çökmüşəm. Nəfəs ala bilmirəm. Gəl...kömək elə, qaldır məni . Qucaqla "Keçdi" de. "Burdayam" de. İki kəlmən mənə bəsdir inan. Qoxun mənə bəsdir.Səndən heçnə istəmirəm başqa inan. Başqa heçnə. Heç düşünmürəm ki, məni sevirsən ya yox. Çiyninə qoyum başımı bütün gücümlə ağlayım. Qoxunla birgə yuxuya gedim elə ordaca. Qoxun üçün darıxmışam sevgilim gəl yenə üstüm başım sən qoxsun. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getmə

373
1 week ago

"Səbəb"Sevmək üçün səbəb axtaranlaradır sözüm. "Niyə sevirsən?" Bu suala tam cavab verə bilən var? Bu suala susaraq  ən mənalı və sevgi dolu cavabı verənlərdir tam ürəyi ilə sevənlər. Unutmayın, birini sevmək üçün onu sizin yanınızda olması vacib deyil, onun sizi sevməsi vacib deyil, sevgili olmanız, ayrılmağınız, hər gün səsini eşitmək lazım deyil. Bunlar boş səbəblərdir. Sən sadəcə sev. Səbəb axtarma. Həqiqətən, bəzən insan sadəcə sevər. A, birdə unutma ki, sevməyi bacarmayan o qədər insan var ki, sənsə şanslısan. Sev nə qədər  vaxtın varsa, sev #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

422
1 week ago

• Biri olur həyatında hər məsələdə üstündə əsirsən. Üşüməsin ac qalmasın üzülməsin. Elə sevirsənki , sanki onun üçün yaşayirsan. Haqlı olduğun davalarda belə sən üzür istərsən sən susarsan sırf o getməsin deyə🌙🖤 #xəyal #kayt_edek

1312
2 weeks ago

"Əlvida"Gedirəm...sənin kimi. Səni qınayırdım getdi,yarıyolda qoydu deyirdim. Üzr istəyirəm. Sənin günahın yoxmuş ki, indi başa düşdüm. Bacarmadın,sevə bilmədin, gücün çatmadı bu qədər sadə. O zamanlar eqaist kimi davrandım. Sevgini istədim. Yanımda olmağını istədim, vaxtını mənə ayırmağını  istədim. Daha bilmədim ki, bunların heç biri səndə yoxdur yar. Bağışla...indi sıra məndədir. Gedirəm. Yola salmırsan deyə incimirəm. Çünki sən  gedəli çox olub. Hər dəfə o gedişi xatırlayıb özümü buna hazırlamışam. Hazıram, gedirəm. Başa düşdüm bu sevginin sonu yoxdur. Əlvida deyirəm sevgilim... #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

405
2 weeks ago

"Saf aşiq" Son zamanlar heç kimlə danışmaq gəlmir içimdən. Hamıdan qaçıram. Düzünü desəm suallardan qaçıram. Səbəni sənsən. Nə əlaqə deyə bilərsən. Çünki, bu dediyim kəslərə bir vaxt dəlicəsinə səndən danışırdım."O başqa cürdür, hamıdan fərqlənir, fikirlərimiz o qədər eynidir ki, sanki o mənim itirdiyim parçamdır. İndi tapmışam onu tam olmuşam" Onlarla bir masa arxasında əyləşirdim, gəzirdim, yemək yeyirdim amma, sanki mən onları görmürdüm .Ancaq sənlə danışır, gəzirdim. Onlar da bunu hiss etmişdi. Hər dəfə " Aramıza qayıt , buludların üstündən düş aşağı saf aşiq" deyirdilər. Düz deyirlərmiş "saf aşiq" olmuşammış. İndi mənə sənin haqqında bir sual belə verməsinlər deyə onların gözlərinə baxanda "biz demişdik" baxışını görməyim deyə qaçıram. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

341
2 weeks ago

"Yol"Ağlıma belə gəlməzdi ki, səni düşünməkdən yoruluram. Amma artıq hiss edirəm...hiss edirəm ki, səni düşünmək ürəyimdə sancıya səbəb olmur , ürəyimi və ağlımı yorur. Sanki, çox uzun yola bütün ümidimlə, uşaq kimi sevincimlə çıxmışdım ancaq yol bitmir və bitməyəcək kimi görünür. Hər addımda sevincimi, bir ümidimi geridə qoyuram. Səndən parçaları yol boyu sənə gələcəyi belə hələ tam bilmədiyim yolda qoyaraq gəlirəm. Sadəcə, bunu bil yorulmuşam, ümidim tükənib. Bəlkə də yolun sonuna qədər gəlməyəcəm...ya orda başqası olsa? Nəysə... Arada bunları düşünməkdən nəfəs ala bilmirəm. Yolun kənarına çökür gözyaşlarımın süzülməsinə sakitcə icazə verirəm. Heç olmasa onlar azad olsun bu düşüncələrdən. Onlar öyrəşiblər sənin yolunda bu gözlərdən süzülməyə. Çox saxlama məni. Onsuz taqətim qalmayıb.Bu qədər istirahət bəsdir. Yola davam etməliyəm... #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

425
2 weeks ago

"Saniyə"Yadındadır sevgi nədir soruşmuşdun məndən. Mən də cavabında sənə öz xəyalımda olan sevgidən uzun-uzun danışmışdım. Sənsə " Mən bu vaxta qədər sevgi nədir bilmirəmmiş. Oxuduğum kitablarda belə bu qədər gözəl izah olunmamışdı sevgi" demişdin. Xoşbəxtəm. Çünki sənə sevgi nədir öyrətdim, deyəsən. Kitablardan təbii ki, bunları öyrənə bilməzdin. Çünki mən sevgi nədir sualına cavabı 18 ildir parça-parça toparlamışdım. Sənin bu cavabı bilməyinsə 18 saniyəni belə almadı. Ona görə də  ayrılığımızın üstündən neçə 18 saniyə, dəqiqə, saat,gün keçib. Mən öyrəşmişəm narahat olma. Təki sən sevginin nə olduğunu və sənə kimin öyrətdiyini  xatırlamağa 1 saniyəni ayır. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma

362
2 weeks ago

"Gül" Sən idin. Qarşımda dayanmışdın və gülürdün. O qədər xoşbəxt idim ki, yar. Sən olduğuna inana bilmirdim. Nə olsun ki, mənə gülmürdün, nə olsun ki, mən o gülüşün yerinə hər gecə ağlayıram. Amma sən elə gözəl gülürsən ki, ömrüm uzanır. O gözlərin qıyılır, dişlərin görünür, gözlərinin yanında kiçik qırışlar yaranır a mən onda nəfəs alıram. Mən onda sevdiyimə yenidən hər saniyə aşiq oluram. Nə olursa, olsun sən gül yaxşı? Mən uzaqdan da olsa görüm bunu təki sən gül.. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

291
2 weeks ago

"Film"Gəl filmə gedək. Filmə getməyi sevmirsən bilirəm. Çünki səni yuxu tutur) Amma nə olsun gəl gedək. Sən yanımda otur, film başlasın. Sonra sən yuxula. Mən səni izləyim sakitcə gülüm. Üzünün hər zərrəsinə tamaşa edim, əzbərləyim. Gözlərinin rəngi belə gizli qalsın heç kim görmesin. Mən bilim təkcə o göz qapaqlarının altındakı dənizi, səmanı. Saqqalın  qoy uzanmasın çox. Mən yanağına toxunanda yumşaqlığı hiss edim yenə. Dodaqlarınsa mənimdi başqa heç kimin yox ancaq və yalnız mənim. Mənim filmim sənsən. Və səni təkrar- təkrar izləməyə bir ömür hazıram. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

463
2 weeks ago

"Yaz,yay"Yaz səhərləri və yay axşamlarını  uşaqlıqdan çox sevmişəm. Mən sanki bu səhərdə, gecələrdə yenidən doğulur gülümsəyə səbəb tapırdım. Bilirsən nə xayal etmişdim? Sənlə..birlikdə bu səhərlərə oyanmağı, bu gecələrdə qolların arasında yuxulamağı. Heç kimlə paylaşmadığım gündüzümü, gecəmi sənlə bəzəmək istəyirdim. İndi yoxsan amma xəyalın bəzəyir bu günləri. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #d arıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

382
2 weeks ago

"Sən"Səni hər yerə yazmaq istəyirəm. Ürəyimdən, ağlımdan başqa hər yerə yenə səni yazım istəyirəm. Hər şey sən olsun. Hər şey sən qoxsun. Hər şey sən varsan deyə gözəlləşsin bu kainatda. Necə ki, mənim ruhum gözəlləşmişdi. Nə olsun ki, o  gözəllikdən indi iz qalmayıb amma ən özəl şeylər unudulmur bunu yadında saxla. Necə ki, mən səni unutmur, yaşadıram bu kiçik  bədəndə. İndi anladım ki, sənsiz mən çoxdan Sən'əm. #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

431
3 weeks ago

"Özəl"Sən özəlsən... kim ne deyir desin, harda olursan ol, ne edirsən et. Sən özəl və təksən. Mən bunu bilirəm. Ürəyim bunu hiss edir. Sən fərqlisən hava kimi, nəfəs kimi, günəş kimi özəlsən. Hər kəsin bir parçasısan amma onlar bu möhtəşəmlikdən xəbərsizdilər. Bəlkə də sən buna görə hiss etmirsən özəl olduğunu. İndi mən deyirəm sənə "Həyatda ən gözəl tablo qədər özəlsən" Aynaya bax və gör o tablonu. #özəl #sən #sevgi #həsrət #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

252
1 month ago

"Bəlkə də"Əlimdən bir şey gəlmir sevirəm səni. Hər gecə yatmazdan əvvəl bəlke bəzi şeyler olmazdı da əvvəlki kimi olardı deyə düşünürəm. Nə bilim. Bəlkə də belə olmalıymış. Bəlkə də unudacam səni. Bəlkə də yenə qarşılaşdıq. Deyəsən mənə ümid verən bəlkələrdir. Səni sevirəm adam hələ də xəbərin yoxdur...sevirəm bütün ürəyimlə..sənsiz sevirəm..sevirəm. #sen #men #aşk #uzaq #həsrət #sevirəm #sevgi #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

200
1 month ago

"Səni" Səni düşünmək məni xoşbəxt edirdi. Sənlə bağlı xəyal qurmaq məni dəli edirdi. Üzünə toxunmaq  saqqalını sığallamaq istəməyi ağlımdan çıxmırdı. Saatlarca qucaqlamaq, əllərinlə oynamaq istəyirdim. Sadəcə səni dinləmək, səni izləmək istəyirdim. Sənə aid olmaq... birlikdə mahnıya qulaq asmaq istəyərdim. Film də izləyərdik, amma sənin yuxun gəlir sıxılırsan bilirəm. Onun əvəzinə qarşılıqlı kitab oxuya bilərik. Düşünə bilirsən çox böyük kitab şkafımız var. Bizim dünyamız . Sadəcə, bizim əzbər bildiyimiz sətirlər.Deyəsən, səni də bir kitab cümləsi kimi əzbərləmişəm ona görə də unuda bilmirəm... #sen #men #hasret #aşk #yalan #sev #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

161
1 month ago

"İzah elə" hər şeyi izah elə. Niyə getmədin? Niyə hələ də burdasan? Ağlımda, ürəyimdə. Niyə? Get, axı bunu istəyirdin. Sənə qapını da mən açdım,amma nə qapını örtdün, nə də  getdin. Bağışla, amma mən səni qapıdan çıxarmağı kənara qoy qapıya qədər də ötürə bilmirəm. Axı getməyini istəmirəm. İstəmirəm, bunu bilirəm, amma  bunu özümə deyendə utanıram. Səni hələ də, hələ də ağlımda tutduğuma görə, hələ də sənə görə darıxdığıma görə utanıram. Sevgimdən utanıram..Sən etdiklərindən utanmadın. #izahelə #yalan #sən #eşq #get #utan #xatirə #get #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

191
1 month ago

"Səni sevirəm" Yalansız sevirəm. Bütün ürəyimlə sevirəm. İstər yanımda ol, istər olma. İstər sev ya, sevmə. .sevirəm.Səni 5 yaşlı uşağın  saf hissləri kimi, dəli kimi, ömrünün son illərini yoldaşı ilə sükut içində keçiren yaşlı qadın kimi sevirdim...hələ də sevirəm #hələdə #sən #sevgi #mən #sev #sevmək #ürək #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

180
1 month ago

"İlk sevgim" Və düşünmə ki, səni sevirəm. Səni yox.. mən ilk tanıdığım onu sevirəm. Onu ki, həqiqətən, məni güldürən,hər şeyi mənə sevdirən, buludlar üzərində uçmağıma səbəb olan və sonsuz inam verən. Sən " O " deyilsen. Səni mən tanımıram. Amma onu hələ də sevirəm. O menim ilk sevgimdir...ilk... #ilk #sevgim #sən #eşq #həsrət #uzaq #dəyişmə #yalan #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

173
1 month ago

"Kor və ruhsuz " Kor olan adama göyqurşağından danışmışam. Və mən o kor adama aşiq olmuşdum. Görmədən, qucaqlamadan, qoxusunu hiss etmədən , əlini tutmadan... düşünə bilirsən? Kilometrlərlə uzağımda olan ruhsuz birinə aşiq olmuşdum... #kor #eşq #sen #yalan #həsrət #uzaq #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

101
1 month ago

"Yük" Gücüm yoxdur artıq. O deli dolu olan insan yoxdur. Sənin sevgin yük oldu mənə. Ürəyimdə , ağlımda yük daşıyıram. Getdin, amma hər şeyi qoydun getdin. Gəl, apar əşyalarını. Yükdür mənə...yük. Sənin sevgin belə mənə yükdür... #yük #sen #yalnızlıq #aşk #yalan #sən #mən #sevgi #həsrət #yalan #uzaq #xəyal #arzu #darıxmaq #xatırlamaq #həyat #eşq #xatirə #biz #sevgilim #sevgim #sənsiz #tənha #aşiq #gəl #qucaqla #xatırla #unutma #getme

190