hadisə Photos & Videos

7 minutes ago

Ən çox qəza bu yolda baş verir - AÇIQLAMA...Paytaxt yollarında günün istənilən saatında avtomobillərin sıxlığı müşahidə edilir. Bu isə istər-istəməz yol-nəqliyyat hadisələrinin sayının artmasını qaçılmaz edir. Bəs görəsən gün ərzində neçə sığorta hadisəsi baş verir? Sığorta mütəxəssisi Xəyal Məmmədxanlının Qaynarinfo-ya verdiyi məlumata görə, gün ərzində icbari sığortalar üzrə baş vermiş hadisələr də daxil olmaqla, 100-ə yaxın yol-nəqliyyat hadisəsi baş verir: "Əslində baş vermiş həmin hadisələrin hamısı sığorta hadisələridir. Çünki həmin avtomobillərdən heç olmasa 1-2-sinin icbari sığortası var. Bəzi şirkətlərdə gün ərzində 5-6, bəzilərində isə 20-25 hadisə baş verir. Məsələn, "KASKO BUTİK"də gün ərzində bəzən 5-6 hadisə olur. Elə günlər olur ki, heç bir hadisə olmur. Avtomobillə bağlı baş verən sığorta hadisələrinin böyük əksəriyyətini icbari sığortalarla əlaqəli hadisələr təşkil edir. İcbari sığortaların içərisində portfellərinə görə, ən çox hadisəsi olanlar "Atəşgah" Sığorta, "AtaSığorta" və "Paşa Sığorta"dır. Həmin şirkətlərdə icbari sığortalıların sayı həddindən artıq çox olduğuna görə təbii ki, hadisələrin sayı da ona nisbətən artır". Ekspert eyni zamanda vurğulayıb ki, yol şəraiti qəzaların statistikasına birbaşa təsir göstərir: "Bakıda adətən avtomobil sığortası hadisələrinin sayı əsasən qarlı, yağışlı günlərdə daha çox olur və bu hər il artır. Sürücülərin əksəriyyəti avtomobili hava şəraitinə uyğun idarə etmir. 99%-i qış təkərləri istifadə etmir. Ən çox qəza Bakı-Lənkəran istiqamətində baş verir. Səbəb yol şəraiti ilə bağlıdır. Yolun işıqlandırılmaması, vəziyyətinin qənaətbəxş olmaması, sürət rejiminə uyğun olmaması və s. Hazırda ən az qəza Bakı-Qəbələ istiqamətindədir. Buna radarlar, yolun keyfiyyəti və s. amillər təsir edir. Yeganə sevindirici hal ondan ibarətdir ki, avtomobillərdə olan texnoloji yeniliklərlə, şəhərdə nəqliyyatın tənzimlənməsi ilə bağlı aparılan tədbirlər ölümlə nəticələnən hadisələrin sayını azaldıb". . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

50
13 hours ago

Prezident qanunu təsdiqlədi: Bu şəxslərin maaşları artırıldı... Qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) edilən dəyişiklikdə qeyd edilib ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində, yəni, 2475 manat; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində; Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; Digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

233
13 hours ago

Meşəni narkotik plantasiyasına çevirən dəstə üzvləri saxlanıldı - FOTOLAR...Balakən rayonunun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Sözügedən bitkiləri becərən şəxslərin Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

243
13 hours ago

Putinin kortejini partlatmaq istəyiblər...Rusiyanın Yekaterinburq şəhərində iki kişi prezident Vladimir Putinin kortejinin getdiyi yolu minalamaq istəyib. BAKU.WS-in məlumatına görə, hadisə iyulun 9-da Putinin Ural Federal Universitetinin tələbələri ilə görüşündən sonra "Kolitsovo" hava limanına gedən yolda qeydə alınıb. İki şəxs prezident kortejinin hərəkət etdiyi yola bomba mulyajı qoyub. Polis əməkdaşları qanun pozucularını dərhal saxlayıb. Əvvələr də məhkumluğu olan "sui-qısdçilər" öz əməllərini hüquq-mühafizə orqanlarının sayıqlığını yoxlamaq niyyətləri ilə izah ediblər. BAKU.WS . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

221
14 hours ago

“Bakı 2015”də iştirak edən boksçu öldü - Döyüşdən sonra...Rusiyalı boksçu Maksim Dadaşav ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdən sonra ölüb.  28 yaşlı idmançının ölümünə görüş zamanı başından aldığı ciddi zərbələr səbəb olub. Belə ki, o, rəqibi ilə döyüşdə başından zərbələr alıb və görüşü 11-ci raundda dayandırmalı olub. Halı pisləşən rusiyalı boksçu xəstəxanaya çatdırılıb. Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Qafqazinfo . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

233
14 hours ago

Nazirliyin əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı rüşvət almaqda ittiham edilir. Beyləqan şöbəsində vəzifə tutmuş Mehdi Abdullayev və Novruz Alkərəmov cinayət məsuliyyətinə cəlb olunub. Bizimyol.info xəbər verir ki, nazirlik əməkdaşları məhkəmə qarşısına çıxarılıb. 10 min manat rüşvət almaqda ittiham olunan Mehdi Abdullayev hakimin suallarını cavablandırıb. Baş məsləhətçi işlədiyini deyən təqsirləndirilən şəxs rüşvət vermiş Teymur Aslanovu tanımadığını bildirib. Deyib ki, işi ilə əlaqədar çoxlu adamlarla görüşür: “Görəndə tanımadım. İlk dəfə istintaqda gördüm”. Mehdi Abdullayevin fikrincə, cinayət işi quramadır, bunu xüsusi təşkil ediblər. Teymur Aslanovdan torpaq sahəsi ayrılması üçün 10 min manat almadığını söyləyib. “Ona şəklimi göstərib deyiblər ki, bu adamdan şikayət elə. O da eləyib”, – təqsirləndirilən belə deyib. Mehdi Abdullayev hakimin bir çox suallarına dəqiq, dolğun cavab verə bilməyib. Hakim deyib ki, Teymur Aslanov yük maşını sürücüsüdür, onun təqsirləndirilənə qarşı qərəzli davranışı məntiqli görünmür. Çünki nazirliklə bağlılığı yoxdur, Abdullayevi dayandığı yerdə şərləmək istəməsi inandırıcı səslənmir. Mehdi Abdulayevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham irəli sürülüb. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

192
1 day ago

Sumqayıt sakini yaşadığı mənzildə özünü asıb...Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, 1985 - ci il təvəllüdlü Həsənov Aqil Arif oğlu yaşadığı fərdi yaşayış evində özünü asıb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. İntiharın səbəbləri bilinmir. A.Həsənovun psixi problemlərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

201
1 day ago

Demirchi Tower”in qarşısında bahalı qəza...Ötən gün Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, yol qəzası “Demirchi Tower”in qarşısında baş verib. “İnfiniti” markalı avtomobil ilə “Jeep Grand Cherooke” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hadisənin fotosunu təqdim edirik. BAKU.WS . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

232
1 day ago

İphone 11-in özəllikləri təqdim olundu... Apple-nin bir müddətdir üzərində çalışdığı İphone 11 üçün həyəcanlı gözləyiş davam edir. Apple istifadəçiləri maraqla İphone 11-in təqdim ediləcəyi günü gözləyir. Bəs İphone 11-in xüsusiyyətləri nələr olacaq? Milli.Az chip.az-a istinadən bildirir ki, sentyabr ayında Apple tərəfindən təqdimatı gözlənilən İphone 11 üçün geriyə sayım davam edir. Texnologiya nəhəngi bu dəfə telefonun dizaynında da dəyişikliklərlə qarşımıza çıxacaq. Xüsusilə cihazın arxa hissəsindəki dəyişiklik istifadəçilərin diqqətini çəkir. Qrafik dizayner Hasan Kaymak da məlumatlardan yola çıxaraq İphone 11-in ehtimal olacaq obrazını yaradaraq təəccüb yaratdı. İphone XI 5.8 düyümlük bir ekrana sahib olacaq. Max isə 6.5 düyümlük geniş ekranla tanıdılacaq. İphone XR 2019 variantının ekranı isə 6.1 düyüm olacaq. Paylaşılan məlumatlara əsasən 2019-cu il İphone XI modelinin üçlü əsas kamera quruluşuna, 4000 mAh batareyaya, 15W kabelsiz doldurma dəstəyinə və 120Hz OLED ekrana sahib olacağı bildirilmişdi. Apple-ın Sentyabr ayında təqdim edəcəyi seriyaları İphone XI, İphone XI Maks və İphone XR 2019 olaraq adlandırılacağı güman edilir. Wall Street Journal tərəfindən son paylaşılan hesabatlarda İphone XI-in 5.8 düym ölçülü OLED ekranın üzərində qurulacaq. 2018 model XR-nın əksinə XR 2019-un 6.1 düyümlük OLED ekranın üzərində qurulacaq. Həmçinin kamera baxımından da bir əvvəlki nəsil XR modelinə görə fərqlilik göstərəcək olan XR 2019-un cüt arxa kamera quruluşuna da sahib olması gözlənilir. Yeni İphone modellərində gözlənilən ən böyük yenilik isə Type-C və ekrandan barmaq izi sensorudur. Bundan başqa ölçülərdə də bir sıra tədbirlər də keçiriləcək. Bunlar oyuğun ölçüsünün kiçildilməsinə yönəlik olacaq. Type-C girişinə malik İphone, İphone sahibləri üçün ucuz və asan aksessuarın yolunu açacaq. Milli.Az . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

211
1 day ago

Azərbaycanlı Ukraynada deputat seçildi...Azərbaycanlı Fəxrəddin Muxtarov Ukrayna Ali Radasının deputatı seçilib. Azvision.az xəbər verir ki, həmyerlimiz Ukraynada keçirilən növbədənkənar seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. Qeyd edək ki, F.Muxtarov bundan əvvəl Dnepr vilayəti və Poltova vilayətinin deputatı olub. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

405
1 day ago

Acından ölən türkmənlərə yardım toplamaq istəyirlər...Türkmənistanda sosial vəziyyət fəlakət dərəcəsindədir. Türkmənlər adi ərzaq məhsullarını əldə edə bilmir. Bizimyol.info xəbər verir ki, britaniyalı mütəxəssislərin hesabatında Türkmənistanın SSRİ dağılandan sonra ən pis iqtisadi dövrünü keçirdiyi bildirilir. Hiperinflyasiya əhalini əldən salıb. Qiymətlər dəfələrlə artıb. Un limitlə verilir, hər adam ayda cəmi 5 kq əldə edə bilir. Uzun ərzaq növbələri yaranır. Bir müddət əvvəl bu növbələrin birində dava zamanı adam da ölmüşdü. Bəzi bölgələrdə insanlar kütləvi aclıq çəkir. Rusiyada türkmənlərə yardımla bağlı sorğu keçirilib. “Rambler”in analiz xidmətinin sorğusunda 5110 nəfər iştirak edib. Fikri soruşulanların 52 faizi düşünür ki, Rusiya acından ölən türkmənlərə kömək etməlidir. Yardım toplamaq üçün müxtəlif formatlar təklif edənlər də az deyil. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

284
1 day ago

Meşə sahəsi kül oldu - Sakinlər əraziyə baxanda ŞOK MƏNZƏRƏ ilə üzləşdilər - FOTOLAR...İrlandiyanın qərb bölgələrində baş verən güclü meşə yanğınları fəsadlar törətməklə yanaşı tarixi tapıntını üzə çıxarıb. Metbuat.az Xarici KİV-lərə istinadən xəbər verir ki, ağaclar külə çevriləndən sonra ərazidə “Eire” formasında yazılmış tikili üzə çıxıb. Məlumata görə, bu yazı ikinci dünya müharibəsi dövrünə aiddir. İrlandiya bu üsulla tərəfsiz olduğunu nümayiş etdirərək,nasist Almaniyası və onun müttəfiqlərinə məxsus hava qüvvələrinin hücumlarından yayınırmış. Yazını görmək üçün yüzlərlə insan əraziyə axın edib. Qeyd edək ki, yanğınlar nəticəsində bölgədə minlərlə hektar meşə sahəsi kül olub. Anar Türkeş / Metbuat.az . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

304
1 day ago

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Avqust ayında..."Xətai" stansiyasında yekun işlər avqust ayında bitəcək". Sonxeber.az bildirir ki, bu sözləri "Bakı Metropliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib. Qurum rəsmisi vurğulayıb ki, stansiyanın istifadə veriləcəyi tarix hələlik məlum deyil: "Hazırda stansiyada tikinti-quraşdırma üzrə yekun işlər görülür. Ekskalatorlarda isə sınaq və tənzimləmə işləri davam etdirilir. Adətən son tamamlama işləri bir qədər vaxt aparır. Lakin nəzərdə tutulan bütün işlərin avqust ayında bitəcəyi gözlənilir". Bakı metrosunun ən dərin stansiyası olan "Xətai"nin yenidənqurma işlərinə ötən il sentyabrın 27-də başlanılıb. "Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

284
1 day ago

Kəmaləddin Heydərovun şirkəti cərimələndi...Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin böyük holdinqlərindən biri "Gilan Holding” MMC-ni xaric ilə valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələməsinin icrasına xitam verilib. 17 iyul 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsində "Gilan Holding”i Palata 430.4-cü maddəsi ilə inzibati iş üzrə cərimələyibmiş. Məslə ilə bağlı şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cərimə məbləğinin hansı valyuta və ya məbləğdə olunmasına dair heç bir detallar açıqlanmlr. Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Xatırladaq ki, "Gilan Holding” turizm, tikinti və sənaye sektoru üzrə bir neçə törəmə şirkətlərə sahibdir. Holdinq 2019-cu ilə qədər "AFB Bank” və "Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar idi. Şirkətin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Banker.az . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

266
1 day ago

Gözəllik kraliçasını öldürən qatilə 21 il həbs verildi - FOTO...“Missis World Russia 2016” yarışmasının finalisti Kseniya Metsqeri xüsusi amansızlıqla qətlə yetirən 24 yaşlı Maqnitoqorsk sakini Aleksandr Maqilets həbs edilib. “Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, məhkəmə qərarı ilə qatilə 21 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasının 2 ilini adi həbsxanada, 19 ilini isə ciddi rejimli islahedici koloniyada çəkəcək. Xatırladaq ki, model ötən il avtomobilini satmaq istəyərkən çəkiclə öldürülüb. Qatil isti izlərlə saxlanılıb. Qeyd edək ki, Kseniya ailəli və bir uşaq anası olub. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

232
1 day ago

Beyl Çin çempionatının tarixinə düşə bilər ...Uelsli futbolçu Qaret Beyl Çin çempionatının ən yüksək ödənişli oyunçusu ola bilər. Çinin “Beytszin Qoan” klubunun Q.Beylə təklif etdiyi transfer müqaviləsi belə deməyə əsas verir. Belə ki, klub rəhbərliyinin uelsliyə təklif etdiyi müqavilə ildə 24 milyon avro əməkhaqqını nəzərdə tutur. Təklif qəbul edilsə, bu, yerli Super Liqada ən bahalı transfer müqaviləsi olacaq. Qeyd edək ki, 30 yaşlı Q.Beyl hazırda “Real Madrid”də bundan yeddi milyon avro az maaş alır. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

315
1 day ago

Bu qadın 20 ildir küçədə yaşayır: Uşağı olmadığı üçün küçəyə atıblar...Şikarə İsayeva 20 ildir Hövsan küçələrində yaşayır. Əslən Gədəbəy rayonundan olan qadın ailə həyatı quraraq Bakıya gəlib. Deyir ki, 16 il övladı olmadığına görə həyat yoldaşı və qohumları tərəfindən evdən qovularaq küçəyə atılıb: “Övladım olmadığına görə ayrılmışam, çöldə qalıram. Stolların, betonun üstündə yatıram”. Vəziyyəti o qədər acınacaqlıdır ki, artıq bir ildir bədəninə su dəymir. Köməksiz qadın yardım üçün müəyyən qurumlara müraciət etsə də, nəticəsi olmayıb. Baku TV əməkdaşlarının Ş.İsayeva haqqında hazırladığı süjeti təqdim edirik: Sail Ağasəlim, Hüseyn Həsənov . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

220
1 day ago

ÇL: "Qarabağ"ın potensial rəqibi məlum oldu - YENİLƏNİB...Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin cütləri və yarışa bu raunddan başlayacaq komandalar qatılıblar. Çempionlar yolunda 10 cüt və 2 klub, Liqa yolunda 2 cüt və 6 klubun rəqibi bəlli olub. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi də müəyyənləşib. Ağdam klubunun İrlandiya təmsilçisi “Dandolk”la yer aldığı cütün qalibi növbəti raundda "Sutyeska" (Monteneqro) / APOEL (Kipr) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin oyunları 6-7 və 13 avqustda keçiriləcək. Azərbaycan çempionu “Dandolk” səddini adlasa, ilk qarşılaşmasına səfərdə çıxacaq. Qeyd edək ki, II təsnifat mərhələsinin “Dandolk” – “Qarabağ” görüşü iyulun 24-də, cavab oyunu isə ayın 31-də baş tutacaq. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

200
1 day ago

İngiltərənin Avropa Birliyi naziri istefa verdi...Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan istefa verib. “Qafqazinfo”nun xəbərinə görə, ölkənin yeni baş nazirinin adı sabah məlum olacaq. Bu posta ən real namizəd isə keçmiş Xarici İşlər naziri Boris Consondur. O, qalib gəldiyi təqdirdə daha 12 nazirin istefa verəcəyi gözlənilir. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

201
1 day ago

Ən çox oğurlanan maşınlar - Siyahı...Bu il maşın oğrularının hədəfinə ən çox “Hunday Solaris” avtomobili tuş gəlib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Renessans Sığorta” şirkəti məlumat yayıb. Siyahıda ikinci yeri “Kia Rio”, üçüncü yerdə isə “Kia Ceed” avtomobilləri yer alıb. “Hunday Creta”, “Ford Kuga”, “Hunday Tukson”, “Toyota RAV4”, “Hunday X35”, “Hunday Santa Fe” və “Kia Optima” avtomobilləri siyahıda digər yerləri bölüşüb . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

251
1 day ago

SON DƏQİQƏ: Dünya ŞOKDA - Ölüm xəbəri gəldi / FOTOLAR...Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Yukiya Amano 72 yaşında vəfat edib. Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Onun ölüm səbəbi barədə hələlik açıqlama verilmir. Qeyd edək ki, Amano səhhətindəki problemlərlə bağlı 2020-ci ildə vəzifədən gedəcəyini bildirmişdi. Anar Türkeş / Redaktor.az . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

323
1 day ago

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu... Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar. Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb. Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir. Hadisənin görüntülərini təqdim edirik. BAKU.WS . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

275
2 days ago

Mesopotamiya... Bir dəfə dadanın bir daha dadmaq istədiyi coğrafiya. Xam qızıl axtarışlarından başlayan tarixi estafet bu ərazidə qızıldan işlənmiş enerjiyə qədər hər bir qidanın mövcud olduğu öyrənildikdən sonra bir daha sakit həyat tərzi yaşaya bilmədi. Hakimiyyət dəyişiklikləri və xüsusi vəziyyətlərə görə dünuyada bəlkə də ən çox dağılıb yenidən qurulan şəhərlər burada yerləşir. Ac Tanrı istəyərsə əlbəttə bu vəziyyət hələdə davam etməliydi. Artıq əzəldən indiyə kimi transfer olunan Ac Tanrının bütün neqatif qulluqçuları həmin bu ərazidə cəmləşir və cəmləşməyə davam edir. Tezliklə başlayacaq olan tənbəl müharibədə xüsusi ilə neqatif qulluqçular məhv olunacaq və ac Tanrılarına qovuşamayaraq 4-cü boyutda həbs ediləcəklər. Həmçinin 19.07.2019-cu il tarixindən dünyadan biçilən heç bir neqatif enerji getməli olduğu yerlərə deyil daha fərqli və əmin yerlərdə depolanır. Dünyamıza ağalıq etmək istəyənlər artıq uzaqdan rahatca idarə edə bilməyəcəklərini qavradılar. Artıq dünya özünü idarə etməyi öyrənib və xarici idarəçilərə hər cür cavab verə biləcək gücdə olan daxili varlıq koalisiyalarını aktiv hala gətirmişdir. Şüşədən qalada yaşayanlar rəqiblərinə daş atmamalıdılar :) #azerbaijan #baku #azerbaycan #azərbaycan #qatlar #qat #boyutlar #boyut #menevi #mənəvi #ruh #varlıq #insan #kosmos #optimist #pozitiv #gələcək #event #hadisə #bilgi #omega #beta #alfa #aryan #pleiades #human

110
2 days ago

İrandan ABŞ-a AĞIR ZƏRBƏ: sabah açıqlanacaq - Kəşfiyyat şefindən ŞOK İDDİA...İran ölkədə ABŞ və digər xarici ölkələr üçün casusluq edən şəxsləri ələ keçirib. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın kəşfiyyat naziri Mahmud Ələvi bildirib. Tehranda hökumət toplantısından sonra mətbuat konfransı keçirən kəşfiyyat şefi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyi iddia edilən şəxslərin məhkəmə orqanlarına təhvil verildiyini, adlarının isə sabah açıqlanacağını deyib. O, casus qrupunun neçə nəfərdən ibarət olduğunu açıqlamayıb. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

211
2 days ago

Ölüm xəbəri yayılan Türkmənistan Prezidenti tibb işçilərini təbrik edib...Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulı Berdimuhammedov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib. “Report” xəbər verir ki, o, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib. Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir. “Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub”, – deyə prezident məktubunda bildirib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

272
2 days ago

“Mənə elə gəlir ki, bəlamız bayrağımızdadır” – Elçin Əlibəyli...“Mistik realizmə həmişə inamım olub, düşər-düşməzliyə də inanıram. İndi yazacağım fikri pis yozmayın, artıq neçə ildir bu ətrafda düşünürəm”. “Yeni Sabah” xəbər verir ki, bunu məşhur teleaparıcı Elçin Əlibəyli yazıb. O, bildirib ki, bayrağımızı canından artıq sevir, himnimizi bəlkə müqəddəs səs hesab edir: “Amma mənə elə gəlir 1920-ci ildə süquta uğrayan müstəqilliyimizin, ikinci dönəm müstəqilliyimizdə başımıza olmazın bəlaların gəlməsi bu simvolika ilə bağlıdır, sanki lənətlənib. Baxın, gürcülər bayraqlarını dəyişən kimi bir düzənə düşdülər. Qazax, qırğız qardaşlarımız olmayan yerdən bayraq yaratdılar, bir metr ərazilərini də, itirmədilər, müharibə də yaşamadılar. Rusiya, Ukrayna və s. isə çabalayır. Köhnə əşyalar evə bədlik gətirdiyi kimi, köhnə simvolikanı da bərpa edəndə eyni hal olur. Bəlkə də, tam yanlış düşünürəm, amma bu hiss mənə rahatlıq vermir. Mənə elə gəlir simvolikanı dəyişsək, bəladan xilas olarıq”. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

334
2 days ago

İtkin döyüşçünün yoldaşlarından anaya inanılmaz sürpriz...BAKI, 21 iyul — Sputnik. Bir neçə ay öncə saytımızda Qarabağ müharibəsində itkin düşmüş İlqar Heybətovun anası və bacıları ilə reportaj, həmçinin videoçarx yayımlanmışdı. Orada Heybətovun anası və bacıları onun döyüş yoldaşlarına hər hansı xəbər almaq ümidi ilə müraciət etmişdilər. Nəhayət, itkin hərbiçinin yoldaşları həmin videoreportajı izləyəndən sonra Heybətovlar ailəsini ziyarət etmək üçün Siyəzən rayonunun Böyük Həmyə kəndinə üz tutublar. Umleyla xanım dediyinə görə, bir gün, evlərinin qapısı döyülüb və oğlunun döyüş yoldaşları içəri daxil olub: "Bir də gördüm qapı döyüldü və 18 nəfər həyətə girdi. Elə bil illər sonra İlqarım gəlmişdi. Onların içərisində rütbəcə İlqardan böyük olanı oğlum haqqında danışdı. Onun nə qədər ağıllı və qorxmaz olduğunu dedi. Sonra hamısı bir-bir İlqarla bağlı xatirələrini danışdı. Onlar danışdıqca mən də, qızlarım da göz yaşımızı saxlaya bilmirdik. Mən danışanda da onlar ağladılar. Onlar gedəndə bir xatirə şəkli çəkdirdik. Söz verdilər ki, tez-tez mənə baş çəkəcəklər və bizi unutmayacaqlar. O gündən sonra azda olsa, təskinlik tapmışam". . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

274
2 days ago

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar...Bakı-2019-da ilk yarış gününün mükafatları sahibini tapıb. APA-nın məlumatına görə, güləşçilər 4 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan millisi ilk gündə liderliyi ələ alıb. Yığmamız 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Hərəyə bir çempionluğu olan Belarusla İtaliya 2-ci yerə şərikdir. Ümumilikdə isə ilk yarış günündə 8 ölkə təmsilçisi medal qazanıb. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

214
2 days ago

Gözəl olduğu üçün işgəncə ilə öldürüldü - Dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTOLAR...Rusiyada məktəbli qız sinif yoldaşları tərəfindən işgəncə ilə qətlə yetirilib. Metbuat.az xəbər verir ki, hadisə Rusiyanın Arxanqelsk şəhərində baş verib. Sinif yoldaşları 17 yaşlı Viktoriya Averinanı gözəl olduğu üçün boğaraq öldürüb. Boğub öldürdükdən sonra Viktoriyanın üzünü şüşə parçası ilə doğrayaraq meyitini meşəyə atıblar. Qısa müddət ərzində Averinanın qatilləri yaxalanıblar. Cinayəti törədən Viktoriyanın sinif yoldaşları Lina və İrina olub. Onlar "O, bizdən gözəl idi. Onun "İnstagram"da izləyiciləri bizdən daha çox idi" deyərək əməllərinə haqq qazandırmaq istəyiblər. Qızın meyiti tapılan zaman tam tanınmaz halda olub. Psixoloqlar cani qızların tam normal ailələrin övladları olduqlarını bildiriblər. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

262
2 days ago

"Gallenvagen"-lə "avtoşluq" edən şəxs polisi aldadıb şöbədən qaçdı - VİDEO...Biri şöbədən, digəri cərimə meydançasından qaçıb Bakıda yol polisi tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Yasamal rayonu ərazisində iki avtoxuliqanlıq faktı qeydə alınıb. Avtosfer.az xəbər verir ki, 90 ZJ 357 dövlət nömrə nişanlı, "Mercedes Galendevagen" markalı avtomobili idarə edən Paşa Hüseynov rayon ərazisində avtoxuliqanlıq edib. Belə ki, "Qələbə" dairəsi ərazisində xidmət aparan 99 YP 280 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan YPX əməkdaşları həmin sürücünün 3000 manatdan artıq cərimə borcunun olduğunu müəyyən ediblər. Daha sonra avtomobilin saxlanılması üçün işarə veriblər. Amma sürücü maşını saxlamayaraq oradan uzaqlaşıb. YPX əməkdaşları onu təqib edərək sürücü yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq təhlükəli manevrlər edib, sürət həddini aşaraq Şərifzadə küçəsinə daxil olub. Bir qədər sonra isə süni tıxac yaradılaraq yaxalanacağını görən sürücü Paşa Hüseynov avtomobili Şərifzadə küçəsində saxlayaraq Yasamal Asan Xidmətin binasına daxil olub. Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları əraziyə Çevik polis əməkdaşlarını dəvət ediblər. Polis əməkdaşları sürücünü Asan Xidmətin binasında aşkar edərək DYP şöbəsinə gətiriblər. Avtomobil isə cərimə meydançasına aparılıb. Lakin sürücü telefonla danışması üçün şərait yaradılmasını xahiş edib və yaranmış vəziyyətdən istifadə edərək şöbədən qaçıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Paşa Hüseynovun sürücülük hüququ məhdudlaşdırılıb. Lakin o, hələ də sürücülük vəsiqəsini təhvil verməyib. Nərimanov rayon məhkəməsinin bunula bağlı müvafiq qərarı da var. Sürücülük hüququnun məhdudlaşdırılması isə Paşa Hüseynovun idarə etdiyi avtomobil ilə 3000 manatdan artıq cərimə borcunun olmasıdır. O, xeyli müddətdir ki, həmin cərimələri ödəmir. Hazırda avtomobil cərimə meydançasındadır və sürücü barəsində toplanmış materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə təqdim olunub. Video: https:https://youtu.be/u_m5X-aWvag . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət

235
2 days ago

Qurbanqulu Berdiməhəmmədovla bağlı təxribat: Ölüm xəbərini yaydılar...Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb. “Yeni Sabah” xəbər verir ki, bu haqda bu gün səhər saatlarında onun Vikipedia səhifəsində qeyd edilib. 21 iyul 2019-cu il onun vəfat tarixi kimi göstərilib. Həmçinin, prezidentin zəhərlənmədən dünyasını dəyişdiyi iddia olunub. Günün ikinci yarısında isə qeyd olunanlar prezidentin Vikipedia səhifəsindən silinib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

183
2 days ago

Bağça müdirəsinə intim münasibət təklif edən deputat... - Gürcüstanda ermənilər arasında qarşıdurma...Gürcüstanda ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda rayonunun Birləşmiş Uşaq Bağçaları Birliyində büdcə vəsaitlərinin mənimsənilməsi faktları aşkar olunub. 9 min lari məbləğində büdcə vəsaitlərinin 2017-2019-cu illərdə mənimsənildiyi müəyyən edilib. Faktla bağlı birliyin direktoru Narine Ginosyan və onun mühasibi Anjelika Putulyana qarşı cinayət işi açılıb. N.Ginosyanın vəkili Mirian Nikoladze müdafiə etdiyi şəxsə qarşı ittihamları gülünc adlandırıb. O, bu işdə Gürcüstan parlamentinin erməni əsilli deputatı Enzel Mkoyanı ittiham edib. Onun sözlərinə görə, parlament üzvü N.Ginosyana dəfələrlə intim münasibətlər təklif edib. E.Mkoyan rədd cavabı alıb və o, N.Ginosyan üçün problemlərin olacağını bildirib. Vəkil deputatın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluq və rayon prokurorluğuna dəfələrlə müraciət edildiyini deyib. E.Mkoyan ünvanına səsləndirilən ittihamlarla bağlı xüsusi bəyanat yayıb. O, ittihamların ona qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu bildirib. Deputat bu kampaniyada müxalifət Vahid Milli Hərəkat Partiyasının üzvlərini günahlandırıb. E.Mkoyan ona qarşı qarayaxma kampaniyasının dayandırılmasını tələb edib. Əks halda o, şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib/Report. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

151
2 days ago

Erməniləri Azərbaycanlı "gözəgörünməzlər” öldürür: Erməni ekspertdən iddia...Son günlərdə işğal edilmiş Qarabağda erməni ordusunun ümumilikdə 3 əsgəri məhv edilib. Vətəninfo.az xəbər verir ki,  Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyində hərbi qulluqçu ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan "Facebook" səhfəsində yazıb. "Təəsüflə bildirməliyəm ki, dünən axşam Ermənistan SQ-nin hərbi hissələrindən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Yeğiayi Vardanyanın cəsədi tapılıb. Detallar araşdırılır",- deyə Hovhannisyan yazıb. Bu açıqlamanın ardınca hərbi ekspert Samvel Aslikyan  ordu rəhbərliyini yalançılıqda və saxtakarlıqda ittiham edib. Hərbi ekspert erməni əsgərlərinin  öldürülməsi faktına toxunaraq belə yazıb:”Orduda itkilər var. Biri-birinin  ardınca əsgərlərimiz məhv edilir. Onları niyə ölür? Xəstəlikdən, aclıqdan bunu deyən yoxdur. Mən deyirəm, bu əsgərləri qəbul etmədiyimiz Azərbaycan kəşfiyyatçıları öldürür. Bəli onlar "gözəgörünməz”dir. Onları nə bizim əsgər, nə də zabitlər görmür. Son bir ayda 3 əsgərimiz müəmmalı şəraitdə ölüb. Ordu rəhbərliyi isə susmağa üstünlük verir.” . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

183
3 days ago

6 tonluq ərzaq payladı - Məşhur futbolçudan insanlıq dərsi (FOTO)...Braziliya millisinin və “Everton”un futbolçusu Riçarlison, böyüdüyü Nova-Venesiya şəhərinin sakinlərinə yardımedib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçu, Braziliya millisi Amerika kubokunu qazandıqdan sonra 3 min nəfər tərəfindən izlənilən dostluq oyunu təşkil edib. Riçarlison, bu xeyriyyə matçından gələn gəlirlə 6 tonluq ərzaq alaraq, Nova-Venesiya şəhərinin sakinlərinə paylayıb. Braziliya yığması Amerika kubokunun finalında Perunu 3:1 hesabıyla məğlub edərək, qalib olub. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

244
3 days ago

İtaliyada mafiya və siyasətçilərin qənimi öldü...Milanda 1990-cı illərdə böyük səs-küyə səbəb olan “Təmiz əllər” adlı antikorrupsiya əməliyyatına rəhbərlik edən sabiq prokuror Françesko Saverio Borrelli dünyasını dəyişib. “Reuters”in məlumatına əsasən, 89 yaşlı Borrelli bir müddət öncə Xərçənglə mübarizə üzrə Milli instituta yerləşdirilmişdi. Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Borrelli Milanda başlayan, daha sonra digər şəhərləri də əhatə edən “Təmiz əllər” tədqiqatını aparan prokurorlara rəhbərlik edirdi. Mafiyaların cinayətlərinin artması fonunda başlayan əməliyyat İtaliyanın biznes və siyasət dairələrinin yüzlərlə nümayəndələrinin həbsinə, bir çoxlarının isə karyerasının məhvinə gətirib çıxarmışdı. Bir sıra yüksək vəzifəli siyasətçilər, İtaliya sosialist, İtaliya liberal və İtaliya demokratik sosialist partiyası da daxil olmaqla, bəzi siyasi birləşmələrin üzvləri, eləcə də “Eni” energetik və “Fiat” avtomobil şirkətlərinin rəhbərliyindən bəzi şəxslər məsuliyyətə cəlb edilmişdilər. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

143
3 days ago

Britaniya XİN hiddətlənib – Bu gün İranı sanksiyalar gözləyir...Böyük Britaniya İrana qarşı sanksiyalar tətbiq edə bilər. “Telegraph” xəbər verir ki, Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant İran tərəfindən Britaniyanın “Stena Impero” gəmisinin saxlanmasına cavab olaraq bu gün rəsmi Tehrana qarşı İran aktivlərinin dondurulması da daxil olmaqla, bir sıra diplomatik və iqtisadi tədbirlərin tətbiq ediləcəyini elan edə bilər. Məlumata əsasən, İranın bu hərəkətinə cavab olaraq britaniyalı nazirlər sanksiyaların tətbiqi üzrə plan hazırlayırlar. Bundan başqa, nəşrin yazdığına görə, Böyük Britaniya Avropa İttifaqı və BMT-ni 2016-cı ildə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasından sonra aradan qaldırılmış sanksiyaları bərpa etməyə çağıra bilər. Qeyd edək ki, iyulun 20-də Birləşmiş Krallığın Nazirlər Kabineti üzvlərinin Fars körfəzində gərginliyin artması ilə əlaqədar növbəti müşavirəsi keçirilib. Nazirlər İran tərəfindən tankerin saxlanması ilə bağlı yaranmış vəziyyəti də müzakirə ediblər. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

132
3 days ago

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur...İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi" MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib. Demokrat.az "Turan" agentliyinə istinadla xəbər verir ki, bu işdə ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın da adı keçir. O, "Kaspi Liseyi"nin təsisçisidir. Təqsirləndirilən şəxslər MMC-nin mühasibləri Tural Məmmədov və Fərahim Möhbalıyevdir. Onlara qarşı CM-nin 179.4-cu (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. F.Möhbalıyev S.Vəliyevanın məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. "Niyə məni bu cinayətə vadar edən şəxslər dindirilmir? ? Hər şey rəhbərliyin tapşırığı idi. Sona Vəliyeva məhkəməyə çağırılsın. 884 min pul alıb. Pulu ona vermişəm. Bu barədə onun istintaqa ifadəsi var", - F.Möhbalıyev deyib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

142
3 days ago

Abituriyentlər üçün qızıl kimi tövsiyələr – Diqqətli olun!...Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları başa çatdı. İndi ondan da məsuliyyətli bir dövr, ixtisas seçimi dövrü başlayır. Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi kimi ciddi bir problem var. Təhsil eksperti Kamran Əsədov deyib ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər. Ekspert bununla bağlı vacib tövsiyələrini dilə gətirib. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur. Əziz abituriyentlər, sizi ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir. Amma 2019-cu ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar. 2018-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman

160
3 days ago

Elza yenə deputatlığa namizəd olacaq...“Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır”. “Yeni Sabah” xəbər verir ki, bunu müğənni Elza Seyidcahan həmkarı Brilliant Dadaşovanını rüşvətxor məmurlar üçün yazdığı mahnıya münasibət bildirərkən deyib. “Yeni Müsavat”a müsahibəsində o, bildirib ki, pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar. “Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, “meşə çaqqalsız olmaz”. O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var”. Elza növbəti parlament seçkilərində namizəd olacağını da qeyd edib: “Niyə də olmasın. İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm. Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib”. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

122
3 days ago

Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum və xəstəxanada partlayış törədilməsi nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə "Dawn" nəşri məlumat yayıb. Hadisə Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan şəhərində baş verib. Öncə dörd motosikletlə hərəkət edən silahlı şəxslər polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, daha sonra xəstəxanada partlayış olub. Ölənlər arasında 4 polis, 3 mülki şəxs var. Polis isə öncə bir qadının quraşdırdığı partlayıcı qurğu vasitəsi ilə partlayış törədildiyini açıqlayıb. Polis araşdırma aparır. . . #pakistan #hadisə #olay   #national #haber #image #photography #trend #aktivler 💙❤💚🇦🇿🇦🇿🇦🇿➕➕➕➕➕➕➕ #aktivler 💙❤️💚🇦🇿🇦🇿🇦🇿➕➕➕➕➕➕ #aktivler 💙 #aktivler #azerbaycan #azerbaijan #bakı #baki #baku #bakuazerbaijan #aztagram #aztagramazerbaijan #aztagrambaku #aztagrampeople #likeforlikes #likeforfollow #like4likes #like4likes #like4like #likeforlikeback #fallow #fallowme

3311
3 days ago

Bakının mərkəzində DƏHŞƏT - Evə gətirdikləri qadını döyə-döyə zorlayıb öldürdülər...Bakıda dəhşətli qətl törətmiş şəxslərdən biri Ali Məhkəməyə müraciət edib. News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən Zeynukov Samir Nərimanoviç Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsində çıxarılan hökmün dəyişdirilməsini xahiş edib. İş Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun icraatına verilib. Qeyd edək ki, dəhşətli hadisəni törətmiş Dimitriy Razumniy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb. Dostlar birlikdə qadının meyitini evin eyvanından həyətə atıblar. Daha sonra qonşular Yelena Sandrandinovanın meyitini aşkarlayıblar. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

202
3 days ago

Tramp reperə görə nazirə zəng etdi...ABŞ Prezidenti Donald Tramp İsveçin paytaxtı Stokholmda saxlanılan repçi ASAP Rokinin azadlığa buraxılması üçün bu ölkənin Baş naziri Stefan Löfvenə zəng edib. Axar.az xəbər verir ki, Tramp bu barədə Tvitter səhifəsində yazıb. O, Löfvenlə aralarında baş tutan telefon danışığı zamanı Rokiyə zamin durduğunu qeyd edib. Tramp Löfvenin ona reperin ədalətli şəkildə mühakimə ediləcəyinə dair söz verdiyini bildirib. Qeyd edək ki, ASAP Roki İsveçin paytaxtı Stokholmda keçirilən hip-hop festivalında səhnəyə çıxdıqdan sonra davaya qarışdığı üçün saxlanılıb. Reperin iyulun 25-nə qədər nəzarət altında saxlanılmasına qərar verilib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

311
3 days ago

Qəbul imtahanının rekordçusu: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”...Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Nəticələrə əsasən, III ixtisas qrupu üzrə 1 abituriyent - Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Zülfiyeva Səbinə təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə - 400 bal toplayıb. "Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım” Səbinə xanım azedu.az-a açıqlaması zamanı bildirib ki, ümumilikdə 669.8 bal toplayıb. Hüquqşünas olmaq istəyir. Bakı Dövlət Universiteti və ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim etməyi düşünür: "İmtahandan əvvəl bir qədər tərəddüdüm var idi. Çünki ilk dəfədir, qəbul imtahanı yeni sistemlə keçirilir. Elə bu səbəbdən buraxılış imtahanlarında balım 269.8 oldu. Situasiya tipli tapşırıqları tam cavablaya bilmədiyim üçün bu imtahanda maksimal nəticə göstərə bilmədim. Amma kodlaşdırma tələb edən bütün tapşırıqları düzgün cavablamışdım. Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım. Amma fikrimcə, 700 balın olmamasının DİM-in sistemi ilə əlaqəsi yoxdur. Sadəcə, bu sistem üçün şagirdlərə bir qədər vaxt lazımdır ki, situasiya tapşırıqları istiqamətində təkmilləşsinlər”. "650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər” Onun fikrincə, 700 bal bir az da şans məsələsidir. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

223
3 days ago

Messi üzr istədi...Argentina millisi və "Barselona"nın kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) rəsmi şəkildə üzr istəyib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun bəyanatının bu gün yerli futbol federasiyası tərəfindən sözügedən quruma göndərildiyi bildirilib. Üzrxahlıq mesajında federasiya nümayındələrinin izahlı şərhləri də yer alıb. Onların sözlərinə görə, Messi CONMEBOL-dakı rüşvət iddiaları haqda danışarkən rəsmi şəxsləri deyil, hakimləri nəzərdə tutub. Həmçinin federasiya hesab edir ki, Leo sözügedən məsələyə görə günahlandırılmamalıdır. Çünki o, həmin vaxt gərgin psixoloji durumda olub. "La Nacion" nəşrinin iddiasına görə, CONMEBOL Messi ilə bağlı intizam işini bağlayacaq. Bu isə o deməkdir ki, forvard həm cəzadan, həm də cərimədən xilas olacaq. Qeyd edək ki, qurum haqda ittihamlarına görə Messinin 2 il müddətinə millinin oyunlarından kənarlaşdırması gündəmdə idi. Milli.Az . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT #Messi

191
3 days ago

Çeçen toyuna qaz hücumu "TƏKCƏ ONU GÖRDÜM Kİ, ADAMLAR MİLÇƏK KİMİ YERƏ TÖKÜLÜRDÜ..."...Avstriyanın İnsbruk şəhərində çeçenlərin toyunda kütləvi zəhərlənmə baş verib. Təntənə üçün böyük zal icarəyə götürmüş bəyin ailəsi 200 qonaq qəbul edib. Virtualaz.org yerli “Tiroler Tageszeitung” qəzetinə istinadən xəbər verir ki, təxminən saat 21-də qonaqlar özlərini pis hiss ediblər. Şahidlərin sözlərinə görə, ilk olaraq astmadan əziyyət çəkən gənc qız öskürməyə və təngnəfəs olmağa başlayıb. Bir neçə dəqiqə ərzində onlarla adam huşunu itirib. “Hər şey eyni vaxtda baş verib, bu isə o deməkdir ki, söhbət qida zəhərlənməsindən getmir”, - Tirolun kriminal polisinin rəisi Kristof Kirşmayr deyib. Polis toyda verilmiş bütün yeməkləri və içkiləri yoxlayıb. “Onların zəhərlənmə ilə bağlı olması az inandırıcıdır”, - polis rəisi bildirib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

142
3 days ago

Bakıda polislər qaraçıların evinə basqın etdi - dəhşətə gətirən mənzərə...Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. "REAL TV"yə istinadən xəbər verir ki, reyd zamanı rayon sakinlərinin şikayəti əsasında müxtəlif məkanlarda toplaşan bir qrup qaraçı aşkar olunub. Qaraçılar barələrində tədbir görülməsi üçün polis bölməsinə aparılıblar. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

131
4 days ago

İraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTO...Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur. İki ay öncə “Reuters” agentliyinin müxbiri İraqın paytaxtı Bağdadda yerləşən Rusafa qadın həbsxanasından geniş reportaj hazırlayarkən azərbaycanlı uşaqların ona necə yalvarmasından bəhs etmişdi. “Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin” deyə azərbaycanlı bir qız müxbirə dil töküb. “Bizə paltar, dərman gətirmisən? Bizə dərman lazımdır”. Bunu isə digər mavi hicablı azərbaycanlı qız deyib. Həbsxana direktoru müxbirə bildirib ki, bu sözləri deyən azərbaycanlı qızın anası ömürlük həbsə məhkum olunub. Çünki anası İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı isə məlum deyil. “Reuters” Azərbaycan üçün çox mühüm sensansiyalı məlumat da açıqlayıb. Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş əcnəbi ölkələrdən biridir! “Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazmışdı. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

161
4 days ago

“İnşAllah, mən də deputat olaram...” - Elza Seyidcahan...“Sənətimin heç 50 faizini göstərmirəm” Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan “Yeni Müsavat”a müsahibə verib. Onunla söhbəti təqdim edirik: - Elza xanım, bu günlərdə özünüzə ad günü keçirdiniz. Gələn qonaqlardan, hədiyyələrdən razı qaldınızmı? - Ad günüm çox gözəl keçdi. Təmtəraqlı etməsəm də, qeyri-adi tədbir oldu. - Mərasimlə bağlı fotolardan belə anlamaq olurdu ki, şou-biznes nümayəndələrini dəvət etməmişdiz. Özünüz dəvət etmədiniz, ya onlar gəlmədi? - Tədbirdə ən yaxınlarım, ailəm idi. Şou-biznesdən demək olar ki, heç kimi dəvət etmədim. Sözün düzü, dəvət etməyə utandım. Kim eşitdisə gəldi. Həm tədbirdən əvvəl, həm də sonra çoxlu sayda təbriklər, hədiyyələr aldım. - Bəs ən gözəl hədiyyəni kimdən aldınız? - Bütün hədiyyələr gözəl idi. Ümumiyyətlə ad günümdə sevdiyim bütün insanlar yanımda idi. Bu mənim üçün ən gözəl hədiyyədir, dəyərdir. Qeyd etdiyim kimi bu ad günümü sadə keçirsəm də, planımda var ki, gələn ad günümü təmtəraqlı keçirim. - Son zamanlar həm mərasimlərə, həm də efirlərə bacınız Rasimə xanım ilə birgə qatılırsınız. Səbəb nədir? - Ümumiyyətlə, biz hər zaman bir yerdə olmuşuq. Hətta konservatoriya illərində də bir yerdə oxumuşuq. Lakin sonra bacım ailə həyatı qurdu və Amerikaya köçdü. Lakin gördüyünüz kimi sənət elə bir şeydir ki, onu atmaq olmur. Mənim bacım da peşəkar musiqiçi, ifaçıdır. Bəli, artıq birlikdə toylara gedir, efirlərə çıxırıq. Hətta birlikdə layihələrimiz də var ki, yaxın vaxtlarda onları da təqdim edəcəyik. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

131
4 days ago

Yasamal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı — SƏBƏB...Yasamal rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. Profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb. Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis baş leytenantı Rauf Fətəliyev bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 45 avtomobil müəyyən edilərək saxlanılıb: "Həmin avtomobillərdən 19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib. Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib. Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 45 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdı. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki apardığımız marifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək". . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

180
4 days ago

Yol polisi Bakıda yarım milyonluq maşını saxladı - FOTO...Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb. Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib. Sürücü yol polislərinə deyib ki, onun üçün avtomobilinin duracağa qoyulmasının problemi yoxdur. Çünki bundan başqa da maşınları var. Hətta onun buraxmaları üçün 20 manat pul da təklif edib. Lakin avtomobil duracağa qoyulub və sürücü barəsində toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə göndərilib.  BAKU.WS . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

161
4 days ago

Bakıda inanılmaz hadisə: dənizdə boğulub "ölən" gənc ayıldı...Abşeron rayonunun Məmmədli kəndindən olan gənclərin dənizdə çimmək arzusu faciə ilə nəticələnib. AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. İki nəfər isə boğulub. Ancaq boğulduğu bildirilən gənclərdən biri 3 saylı şəhər klinik xəstəxanada oyanıb. Hələlik adı açıqlanmayan gəncin həkimlərin müdaxiləsi nəticəsində ölümdən döndüyü qeyd edilir. 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasov isə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qeyd edilir ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur və o, evin tək oğlu olub. S.Abbasov bu il orta məktəbi bitirib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

235
4 days ago

Azərbaycanın Baş prokurorunun keçmiş müavini həbs edildi...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib. Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Xatırladaq ki, M.Cəfərov həbsdən əvvəl Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin, o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

268
4 days ago

“Çoçuklar duymasın”ın əslən azərbaycanlı olan məşhuru TANINMAZ HALDA - FOTO..."Çoçuklar duymasın" serialının əslən azərbaycanlı olan məşhur ulduzu Tamer Karadağlı tanınmaz hala düşüb. Milli.Az publika.az-a istinadən xəbər verir ki, saçlarını uzadıb saqqal saxlayan kino ulduzu rok stilinə bürünüb. Bir müddətdir ki, Amerikaya köçən aktyor motosikletlə şəklini paylaşıb. İnstaqramda yeni şəkillərini paylaşan Karadağlının tanınmaz hala düşməsi diqqətdən qaçmayıb. Adətən saqqalını təmiz qırxan ulduzun bəmbəyaz saqqalı halını uzun müddətdir ki, heç kim görməmişdi. Milli.Az . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

195
4 days ago

Metro sərnişinlərinə ŞAD XƏBƏR - NƏHAYƏT Kİ...“Bakı Metropoliteni” 10 yeni vaqon alıb. “Qafqazinfo” xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, növbəti 10 yeni vaqon Rusiyanın paytaxtı Moskvadan yola düşüb. Vaqonlar Bakıya çatıb sazlandıqdan sonra xəttə buraxılacaq. Qeyd edək ki, vaqonların Bakıya avqust ayında çatacağı gözlənilir. Murad Əhməd . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

143
4 days ago

İldırım ailənin 8 uşağını öldürdü...İldırım vurması nəticəsində 8 uşaq ölüb. News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın şimali ştatı Bahirdə baş verib. Canpur kəndində yağışlı havada futbol oynayan 8-i uşaq olmaqla, 9 nəfəri ildırım vuraraq öldürüb, onlarla sakin isə yaralanıb. Qeyd edək ki, ölən şəxslər bir ailənin üzvü olub. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

163
4 days ago

Tanınmış azərbaycanlı teleaparıcıya AĞIR İTKİ...Bu gün "Lider" Televiziyasının xəbərlər departamentinin rəhbəri, tanınmış jurnalist Aynur Vəliqızının həyat yoldaşı Emil 42 yaşında dünyasını dəyişib. Faktor.az xəbər verir ki, jurnalistin dostları sosial şəbəkələrdə onun adını taq edərək başsağlığı veriblər. Mərhumun yas mərsimi 21 iyul tarixində saat 10:00-dan 14:00-dək Nizami rayonu, "Neftçilər" metrosunun ətrafı, "Komfort" Ticarət Mərkəzinin üst hissəsində yerləşən mərasim evində baş tutacaq. Allah rəhmət eləsin. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

161
4 days ago

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib. Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir. *** Saat 20:46 Şirvan şəhərində kütləvi zəhərlənmə olub. APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib. Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktın təfərrüatları araşdırılır. . #şirvan #toy #hadisə   #national #haber #image #photography #trend #aktivler 💙❤💚🇦🇿🇦🇿🇦🇿➕➕➕➕➕➕➕ #aktivler 💙❤️💚🇦🇿🇦🇿🇦🇿➕➕➕➕➕➕ #aktivler 💙 #aktivler #azerbaycan #azerbaijan #bakı #baki #baku #bakuazerbaijan #aztagram #aztagramazerbaijan #aztagrambaku #aztagrampeople #likeforlikes #likeforfollow #like4likes #like4likes #like4like #likeforlikeback #fallow #fallowme

242
5 days ago

Bakıda evsizlərə ŞAD XƏBƏR ...Bakıda daha 3 minə yaxın sosial mənzilin tikinti işləri yekunlaşmaq üzrədir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 2017 ci ilin dekabr ayının 24-də təməli qoyulan yaşayış kompleksində artıq təmir işlərinə başlanılıb. Yaşayış kompleksində ölkəmzidə şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük geniş həyətlərlə yanaşı, Avropa şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlərin salınması planlaşdırılır. Yaşayış kompleksindəki 2962 mənzilin 280-ı birotaqlı, 1401-i ikiotaqlı, 980-ı 3 otaqlı, 301-i isə 4 otaqlı olacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Bununla yanaşı yaşayış kompleksdə sosial infrastruktur obyektlərinin də tikintisi təmin ediləcək. Qeyd edək ki, mənzillərin yekun qiyməti tikinti işi tam başa çatdıqdan sonra satışdan öncə elan ediləcək. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

191
5 days ago

Ukraynanın tanınmış aparıcısı Yevgeni Şerbakov faciəvi şəkildə dünyasını dəyişib. “Qafqazinfo” “İnformator”a istinadən xəbər verir ki, 29 yaşlı aparıcı Odessa şəhərində yaşadığı binanın 17-ci mərtəbəsindən yıxılaraq vəfat edib. Y. Şerbakovun ölümü onun yaxınları, eləcə də tanışları üçün gözlənilməz olub. Aparıcının İnstaqram izləyiciləri şərhlərdə aldıqları xəbərdən şok keçirdiklərini bildiriblər. Qeyd edək ki, Y. Şerbakov “İmprovizasiya veduşix” (“Aparıcıların improvizəsi”), “Dom-2” (“İkinci ev”) kimi məşhur layihələrin iştirakçısı olub. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

242
5 days ago

Bakıda bu şəxslər 500 manat cərimələnəcək...Yaşadığı yer üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər. Qurumun Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Jalə Nəsibovanın sözlərinə görə, yaşadığı yer üzrə qeydiyyata düşənlər əsas qeydiyyatda olduğu yerdən çıxarılmadan aparılır. Məqsəd ölkədə kriminogen vəziyyətə nəzarəti gücləndirmək və vətəndaşların təhlükəsizliyini qorumaqdır. Rayondan paytaxda və yaxud da başqa şəhər və rayona işləməyə gedib və kirayədə qalan şəxslər Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsin ''bpqmi.gov.az'' saytında, ''vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması üzrə elektron müraciət'' bölməsinə daxil olamaqla müraciət edə bilərlər. Bunun üçün mütləq qaydada evi kirayə verən şəxs və ya otel rəhbəri həmin bölümdə özünə şəxsi kabinet açmalı, daha sonra onun evində qalacaq adamın şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməlidir. Əgər vətəndaş əvvəl kirayə qaldığı evdən çıxıb başqa bir mənzilə köçərsə, orda yenidən qeydiyyata düşməlidir. Bu zaman sistemdə əvvəlki qeydiyyatdan dərhal çıxarılır. Bu qayda axtarışda olub başqa bir ünvanda özünə sığnacaq tapmaq istəyən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən daha tez saxlanılmasında da böyük rol oynayacaq. Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

244
5 days ago

Rafael Ağayev və Hacı Əliyev başçı ilə təyyarədə - FOTO...Beşqat dünya çempionu Rafael Ağayev Tıva Respublikasının rəhbəri Şolban Kara-oolun doğum gününü təbrik edib. BAKU.WS xəbər verir ki, azərbaycanlı karateçi bu münasibətlə respublika başçısı ilə birlikdə fotolarını "İnstaqram"da paylaşıb. Şolban Kara-oolun xidməti təyyarəsində çəkilən fotolarda daha bir azərbaycanlını - güləş üzrə üçqat dünya çempionu Hacı Əliyevi də görürük. Zülfiyyə Qurbanova  BAKU.WS . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

242
5 days ago

İran dronu niyə vurulub? –Pentaqon səbəbini açıqladı...ABŞ gəmisi Hörmüz boğazının beynəlxalq sularında İranın pilotsuz uçan aparatını (PUA) özünümüdafiə məqsədi ilə vurub. Bu barədə Pentaqon rəsmisi Conatan Hoffman bildirib. Onun sözlərinə görə, PUA “USS Boxer” desant gəmisinə təhlükə yaradacaq məsafəyə yaxınlaşıb. Bundan sonra hərbçilər gəmi və ekipajın təhlükəsizliyini təmin etməyə qərar veriblər. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana məxsus PUA-nın ABŞ gəmisinin 900 metrliyində vurulduğunu açıqlayıb. Ağ evin rəhbəri dronun hərbçilər üçün təhdid olduğunu vurğulayıb/Report. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

142
5 days ago

Ərdoğanı təhqir edən müğənniyə həbs cəzası...Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib. Sənətçi prezidenti təhqir etmək maddəsi ilə günahlandırılır. “Cumhuriyyet.com” xəbər verir ki, Z.Olcay məkanların birində səhnə alarkən ifası zamanı Rəcəb Tayyip Ərdoğanı təhqir edib. İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb. Qeyd edək ki, cəza prosesi bir şikayətlə başlamışdı. Belə ki, polisə zəng edən bir nəfər 2016-cı il avqustun 5-də Kadıköydə məkanların birində sənətçinin ifası zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyini bildirmişdi. Zuhal Olcay haqqında “prezidentə birbaşa təhqir” maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

172
5 days ago

Bakıda vəzifəli şəxsə ağır itki – Anası vəfat etdi...Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin vəzifəli əməkdaşına ağır itki üz verib. Publika.az xəbər verir ki, qurumun aparat rəhbəri Kənan Qasımovun anası alə xanım vəfat edib. Agentlik rəhbərliyi və kollektiv K.Qasımova başsağlığı mesajı yayımlayıb. Allah rəhmət eləsin! . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

180
5 days ago

Instagram “like”ları gizlədir...İnstagram yeni özəlliyi olan beynəlxalq sınaq həyata keçirib. Belə ki, o, postlara gələn bəyənmələri gizlədir. Şirkətdən bildiriblər ki, bu, “istifadəçilər üzərinə təzyiqləri azaltmaq üçündür”. Sınaq bir çox ölkələrdə həyata keçiriləcək, BBC xəbər verir. Platformanın yeni versiyasında istifadəçilər başqalarının postlarına gələn bəyənmə sayını görə bilməyəcəklər. İnstagramın rəhbəri Adam Mosseri bildirib ki, onların məqsədi istifadəçilər arasında bəyənmə sayına görə rəqabətdən yaranan srtess hallarını azaltmaqdır. Şirkət əminliklə deyir ki, yenilik platformanın biznes alətlərinə təsir etmir və istifadəçilər hələ də digər istifadəçilərin məzmunlarını bəyənən insanların siyahısını görə bilirlər. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

312
5 days ago

Türkiyədə faciə - Onlarla ölü, çox sayda yaralı var...Türkiyənin Van vilayətində qaçqınların olduğu mikroavtobus qəzaya uğrayıb. Redaktor.az yerli mənbələrə istindən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib. 27 yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin hansı ölkənin vətəndaşları olduğu hələlik məlum deyil. Əraziyə çox sayda xilasedici cəlb edilib. Qəzanın səbəbləri araşdırılır. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

221
5 days ago

Azərbaycanda istirahət mərkəzinin lövhəsində BİABIRÇILIQ...Azərbaycanın bölgələrində birində fəaliyyət göstərən "Gilavar" adlı istirahət mərkəzinin yol kənarındakı reklam lövhəsi sosial şəbəkələrdə tənqidə məruz qalıb. "Ölkə.Az"ın məlumatına görə, lövhə Azərbaycan dili ilə yanaşı ərəbcə yazılıb. Amma ən çox tənqid edilən məqam isə lövhədə ərəb ailəsinin təsvir edilməsi olub. Bəzi sosial şəbəkə istifadəçiləri obyekt rəhbərliyinin bu addımını biabırçılıq kimi qiymətləndiriblər. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

231
5 days ago

Mədəsindən 33 əşya çıxdı – Foto...Hindistanda şiddətli qarın ağrısı ilə həkimə müraciət edən 30 yaşlı Yogeş Thakurun mədəsindən ülgüc, bıçaq, “otvertka” kimi əşyalar çıxıb. “Qafqazinfo” xəbər verir ki, əməliyyata alınan Togeşin mədəsindən 33 əşya çıxarılıb. Thakurun anası bildirib ki, oğlu gördüyü əşyaları yeyir. Həkimlər bunun “Pika” adlı xəstəlik olduğunu deyiblər. O, əməliyyatdan sonra müalicə olunacaq . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

252
5 days ago

Ermənilər balabanı Yaponiyada "erməni aləti" kimi təbliğ edir - FOTO...Ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə yaponları cəlb ediblər. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sosial şəbəkədə yapon Kento Sudzuki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” müğamının ladında müəyyən gəzişmələr ediblər. Ermənilər bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim etməklə bu dəfə yapon musiqiçiləri saxtakarlıqlarının iştirakçısına çeviriblər. Balaban ifaçısı Kento Sudzuki cari il iyunun əvvəlində Ermənistanda keçirilən “Yeni adlar” XI beynəlxalq yeniyetmə ifaçılar festivalında iştirak edib. Yapon balabançının ifasına münasibət bildirən mütəxəssislər bildiriblər ki, ermənilər yenə də Azərbaycan musiqisi və balabanı ilə bağlı saxtakarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, Kento Sudzuki “Şur” muğamını çalmağa səy göstərib: “Onun balabanda ifa etməsi yaxşı hadisədir. Ancaq o, bu nəfəs alətində mükəmməl ifa etmək üçün Azərbaycan musiqisini öyrənməlidir. Əks halda ermənilər özünküləşdirdikləri Azərbaycan musiqisini ona öyrədəcəklər. Bu da yarımçıq olacaq. Başqa sözlə, balabandan çıxan nəfəs musiqiyə deyil, onun şarjına oxşayacaq. Kento Sudzukinin erməni mahnısı adı ilə bu ifası da yarımçıq musiqidir”. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

211
5 days ago

Sumqayıtda polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələyib...Sumqayıtda polis əməkdaşının silahla ehtiyatsız davranması ölümlə nəticələnib. APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşı, polis baş leytenantı Rəhman Hüseynli tabel silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

201
5 days ago

Donald Tramp: “Hazırda Türkiyəyə sanksiya tətbiq etməyi düşünmürəm”...ABŞ prezidenti Donald Trampdan Türkiyəyə yönəlik açıqlama yayımlanıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, ABŞ prezidenti S-400 zenit raket kompleksinin (ZRK) Türkiyəyə gətirilməsi mövzusunda bu ölkəyə sanksiya tətbiq etməyi düşünmdəiyini ifadə edib: “Hazırda sanksiya haqqında düşünmürəm”. Qeyd edək ki, Rusiyadan alınan S-400 ZRK-nın Türkiyəyə təhvil verilməsinə başlanılıb. Türkiyənin bu addımı ABŞ-ın ciddi narazılığına səbəb olub. Bundan başqa, Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan beşinci nəsil F-35-lərin çatdırılması ilə uyğun gəlmir. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

210
5 days ago

Sumqayıtda polis leytenantı ehtiyatsızlıqdan özünü güllə ilə vurub. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub. Onun odlu silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirdiyi və nəticədə öldüyü ehtimal edlir. Hadisə axşam saat 19:40 radələrində qeydə alınıb. #aktual #xəbər #ölkə #sumqayıt #hadisə

281
5 days ago

Tramp Azərbaycana niyə 100 milyon ayırdı? – Şok gəlişmə...Bu yaxınlarda ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün onun Senatda təsdiqlənməsi və prezident tərəfindən imzalanması lazımdır. Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib. Ekspertin fikrincə, erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağı, demokratların da bu cür layihələrə səs vermək həvəsi məlumdur: “İşin maraqlı tərəfi bu deyil, ABŞ Konqresinin birdən-birə belə layihəni qəbul etməsi mənə çox maraqlı gəldi. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə ortada bizim xeyrimizə olan və erməniləri, o cümlədən Rusiya və İranı narahat edən fakt varmış. Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran "Security Assistance Monitor" proqramının yaydığı məlumata görə, ABŞ Prezidenti Trump 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Müqayisə üçün, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub. Bir ilin içində 97 milyon artımın bir izahı olmalıdır. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

161
5 days ago

Temperatur 40 dərəcəyə çatacaq...Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 iyulda gözlənilən hava şəraitini açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Tibbi-meteroloji proqnoz İyulun 19-20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

133
6 days ago

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov..."Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə danışıb: - Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. "Partizani" müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm. - İlk oyundan sonra tənqidlər var idi ki, komanda meydanda ağır görünür. Bu gün isə futbolçular sürətli idi. Doğrudanmı, bir həftə ərzində bu qədər dəyişiklik oldu? - Açığı, tənqid görməmişəm. Hazırlıq prosesindən sonra futbolçuların hazırlıq durumu bir-birindən fərqli olur. Bunu qəbul edirik. Digər tərəfdən bəzi oyunçular kollektivə gec qoşuldular. Fərqli hazırlıq oldu. Nə qədər məşq etsək də, oyundan-oyuna artım olur. Bir qədər səbrli olmalıyıq ki, futbolçular yaxşı formanı bərpa etsinlər. - Son iki transferin hər ikisini növbəti mərhələ üçün sifariş edəcəksiniz? - Məncə, bunda elə bir problem olmamalıdır. - Bədavi Hüseynovun durumu nə yerdədir? - Sual altındadır. Növbəti mərhələnin cavab oyununu da buraxa bilər. - Mərkəz müdafiəçisi transferi düşünmürsünüz? - Legionerləri də gətirib doldurmaqla deyil. Müdafiənin hər iki cinahına legioner gətirmişik. Lazım olanda Maksim Medvedevi də mərkəzə çəkəcəyik. İnşallah, bir problem olmaz. - Növbəti rəqib "Dundalk" oldu. Bu barədə nə deyə bilərsiniz? - Məncə, nəsə bildirmək üçün tezdir. Rəqibi daha yaxından tanıdıqdan sonra ətraflı məlumat vermək olar. Uzaq səfərə çıxacağıq. Bu da futbolçularda yorğunluq yaradacaq. Buna baxmayaraq, növbəti mərhələyə də maksimum hazır olmağa çalışacağıq. . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

142
6 days ago

Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb...Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurul­ub. Hadisə zamanı DSX-nın Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur. DSX-nın rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #siyasət #siyaset #hadisə #hadise #idman #iqtisadiyyat #cəmiyyət #mədəniyyət #IKT

240
6 days ago

19.07.2019 tarixindən başlayaraq dünyamızda yaşayan insan və bitki xarici canlılarda anormal davranışlar və ya toplu ölümlər müşahidə ediləcək. Səbəbi isə Omega enerjisinin 1 ay müddətində 3-4-5.ci boyutlarda aralıqsız olaraq 175%-lə təsir göstərəcəyidir. Əlavə olaraq 3.cü boyutda elektronik bədbəxtliklər; zamanda tormuzlanma/üst-üstə düşmə; paralel gerçəkliklərə çox qısa müddətlik keçidlər; bu zamana qədər eşitmədiyiniz musiqi sədaları. 4.cü boyutda transferlərdə qarışıqlıq; sinir şəbəkəsinin limitli xidməti; 3.cü boyuta bağlanmalarda rahatlıq. 5.ci boyutda xarici enerji mübadiləsinin (əsasən Neptun p.) agresif gedişatı; inkişafın qeyri-sabit işləməsi. 4.cü və 5.ci boyutlar haqqında ümumi anlayışınızın olması üçün onlarda ola biləcək təsirləridə açıqladım, yoxsa onlar tamamilə bunları bilirlər :) #azerbaijan #baku #azerbaycan #azərbaycan #qatlar #qat #boyutlar #boyut #menevi #mənəvi #ruh #varlıq #insan #kosmos #optimist #pozitiv #gələcək #event #hadisə #bilgi #omega #beta #alfa #aryan #pleiades #human

162
6 days ago

SON DƏQİQƏ! Naxçıvana uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ...Bakı-Naxçıvan təyyarəsi havaya qalxarkən problem yaranıb. Redaktor.az Baku.ws-ə istinadən bildirir ki, 267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub. Hadisə nəticəsində təyyarə təcili eniş etməyə məcbur olub. Məsələ ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirdi ki, bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub. "Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib", - deyə Paşa Kəsəmənski bildirib. Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur. . . . #xəbərlər #xeberler #Azərbaycan #Azerbaijan #Bakı #Baku #məlumat #informasiya #like #follow #comment #hadisə #hadise

102