faciə Photos & Videos

1 week ago

Şəkidə Xan Sarayında baş vermiş hadisə zamanı yaralananların adları açıqlanıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. Hadisə zamanı xəsarət alanların siyahısı: Soltanova Sevinc - 1940-cı il təvəllüdlü, Rusiya vətəndaşı Soltanova Laçın - 2004, Rusiya Sara Hasan - 1998, Suriya (sağ budun qapalı travması çanaqda) Farik al Hasan - 1952, Suriya Mariya al Hasan - 2003, Suriya Samira al Hasan - 1965, Suriya Galia al Hasan - 1988, Suriya Rəsulova Səbinə - 1983 Məmmədov Elxan - 1993 (onurğanın qapalı travması) Məmmədova Səkinə - 1998 Teymurova Validə - 1995 Ağayev Fərid - 1996 Məmmədov İlkin - 1995 (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq) Məmmədova Zemfira - 1994 Naibə Hüseynova - 1968 Cəfərova Məryəm - 1961 Niftəliyeva Könül - 1979 Xasiyeva Yasəmən - 1970 Ağamalıyeva Xatirə - 1987 (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır. #şəkixansarayı #faciə #səhiyyənazirliyi #açıqlama #aztagram #bakutagram #abstraktxeber #Azerbaijan #capstagram

181
1 week ago

#Şəki #Xan sarayında #faciə : 19 yaralı var... #azeaktive 💎  #aztagram #azerbaijan 🇦🇿  #azerbaycan   #baku   #black #fotomodel   #youtuber   #you   #tube   #video #videobloger   #blogger   #gece   #baki   #baku #azerbaijan 🇦🇿  #azerbaycan 🇦🇿  #aztagram #baku   #aztagram   #azeaktive 💎  #azeactive #aktivler 💙❤️💚🇦🇿  #aktivler 💙❤️💚🇦🇿🇦🇿🇦🇿 #aktivler ➕  #music   #musiqi   #mahni #azerbaycaninsta   #azerbaycan

483
1 week ago

Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. B barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur. Bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir. Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. #şəkixansarayı #faciə #yaralılar #aztagram #bakutagram #abstraktxeber #Azerbaijan #capstagram

141
2 weeks ago

🇦🇿⬛ Azərbaycanda hərbi hissədə #faciə ⚫ İki hərbiçi həlak oldu ⬛ İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib ⚫ Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub ⬛ Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub ⚫ Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb

41
1 month ago

Kanalturk.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hazırda vəziyyəti ağır olan Ə.Məmmədova 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Qeyd edək ki, ailənin iki oğlan övladı var. #kriminal #faciə #qətl #hadise #xeberler #sonxeberler

130
2 months ago

Pul ? Var dövlət ? Güldürməyin əşşi məni... Həyatda insan özü ilə nə pul nə var dövlət aparır.Etrafda tamahkar , pula , var dövlətə oz mənliyini,ləyaqətini satan ... Niyə ? Insan üçün bu həyatda düşündüyü ən son shey olmalıdır.Herislik , Tamahkarlıq etmək olmaz... Sənə verilənlə yetinmelisen... Yox əyər qane olmasan Allah onuda alar əlindən qalarsan yaman günə...Bu mövzuya neyçün toxundum ? Çünki mənim və mənim qrup yoldaşlarımın üstündə 4 aydı işlədiyi bir tamaşa var ... Nazım Hikmətin qələmindən olan bu pyesin adı " Bayramın birinci günüdü " məhz bu pyesde tamahkarlığın , hərisliyin sonunun nəyə apardığını görə bilərsiniz ... Və bunun üçünsə heçnə yox sadece 31.05.2019 saat 14 : 00 da Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin kiçik səhnəsinə gəlib baxa bilərsiniz.Giriş tam sərbəstdir.Özünüzü , ailənizi və sevdiklərinizi qoruyun.Pulu heçnədən üstün tutmayın.Sağlıqla qalın... . . . Həmən tamaşanın trailer ' I buyurub baxa bilərsiniz... #bayraminbirincigünü #nazimhikmet #dram #faciə #sehne #kulis #tamasa #eseb #tamahkarliq #herislik #pul #vardovlet #azerbaijan 🇦🇿 #turkiye 🇹🇷 #azerbaycan 🇦🇿 #admiu #actor #film #serial #casting

22329
2 months ago

19 May 2015 il tarixində baş vermiş Binanın yanğından 4 il ötür Yanğın zamanı 15 nəfər vəfat etmişdir 50 nəfər yaralanmışdır. Allah rəhmət eləsin #Binəqədi #dəhşət #faciə

483
2 months ago

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi.Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur.[1] Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Hadisə yerinə daxili işlər naziri Ramil Usubovvə baş prokuror Zakir Qaralov gəliblər. Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb. Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb #30aprel2009 #azərbaycan #baku #faciə

7810
2 months ago

Terror - İnsanlığın ən böyük faciəsidir. Hansı ki, xalqımız bu faciənin dəfələrlə qurbanı olub. 30 Aprel 2009 -cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi də xalqımızın yaşadığı ən böyük faciələrdəndir. Yaşadığımız bu böyük faciəni dərin hüznlə anıb, faciə qurbanlarına Allahdan rəhmət diləyirik. Hörmətlə, Psixologiya Elmi Tədqiqat İnstitutu #30aprel #ADNA #faciə #unutmadiq

511
2 months ago

- Bacısını qorumaq üçün dəhlizə çıxan, qatillə əlbəyaxan çıxan, 7 güllə ilə öldürülən, qrup yoldaşlarının qollarında can verərkən ağlayan Savalan Cabbarov. - Pianoda gözəl ifa edən, 2 əcnəbi dil bilən, hadisə günü səhər yatıb qalan Ayaz Bağırov. Anası deyir, oyatmağa əlim gəlmirdi, amma imtahanı vardı deyə oyatdım. Alnından güllələnən Ayaz hadisədən bir gün əvvəl dostuna belə bir msj yazmışdı: "Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssüm saxlamaq çox dəhşətlidir. - Taleh Məmmədov. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmamış və o hadisə yerindəcə dünyasını dəyişmişdi. Yaralanan andan son nəfəsinə kimi dostlarından yardım istəyən Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanmışdı. - 2009-cu ilin yanvarında ailəsi ilə sonuncu dəfə Yeni ili qeyd etmiş 20 yaşlı Emin Abdullayev. Mart ayında Gəncədə yaşayan ailəsi ona bayram payı göndərmişdi. Özünü gözləyirdilər, meyidini qarşıladılar. - Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olan, hadisə günü də elə həmin dərs gününə təsadüf edən Yusif Bəndəliyev. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, aldığı güllələrdən yerindəcə keçinib. Deyilənə görə ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş formada da dəfn olunub. - Ruslan Babaşov. Gözü zəif olduğu üçün hadisədən bir gün əvvəl atası ona eynək alıb. Həmin gün ilk dəfə dərsə eynəkdə gələn Ruslan elə yaddaşlarda da o cür qaldı: eynəyi gözündən düşmüş və dostlarının qollarında can verərkən. - Xərclərini qarşılamaqçün restoranlarda ofsiant işləyən, 1 həftə dərsə gedə bilməyib həmin gün hamıdan tez universitetə tələsn Ceyhun Aslanov. Qatil gülləsi onu 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında, pilləkanlarda yaxalayıb. #aztagram #30aprel #terror #adna #Azərbaycan #faciə

110
2 months ago

Analar övladlarını nə ümidlərlə universitetə yola saldı həmin səhər amma bir neçə saat sonra.ölüm xəbərini aldılar.İnsan düşünməyə belə çətinlik çəkir o anı... . "10 il əvvəl Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında dəhşətli terror aktı törədildi. Həmin gün içərisində gənc tələbələrin də olduğu 13 nəfər həlak oldu. Hüznlə anırıq! Allah Rəhmət Eləsin! #30aprel #unutmadiq #30aprel2009 #2009 #30 #aprel #terror #adnsdu #adna #faciə #şəhid #sehid #şehid #universitet

898
2 months ago

Xaricdə psixoloqlar və psixoterapevtlər tərəfindən terapiya zamanı VR (virtual reallıq) - dan istifadə olunur. Uşaq və böyüklərdə qorxular, travmalar, emosional problemlər zamanı VR aktiv istifadə olunur və konkret nəticələr əldə edilir. Xaricdə təhsil aldığım zaman Azərbaycana bu yeniliyi gətirməyi düşünürdüm. Təbii ki, bu bahalı avadanlıqlardı və onları almağım konsultasiyaların qiymətinə təsir edəcəkdi. Dünənləri bir xanım mənə "qızımın müalicəsi üçün hər şeyi etdim, hətta mollaya qızımın bəxtini açması üçün 600 manat verdim. Son əlac olaraq Sizə müraciət etmək qərarına gəldim. Konsultasiyanın qiyməti neçədir? 40 manat? Çox bahadır" dedi. Mən #error , #notfound , oldum. Üzərində halhazırda işlədiyim və cəmiyyətə təqdim edəcəyim bəzi lahiyələrlə Azərbaycanda psixoloji konsultasiyanı həqiqətən də yeni bir səviyyəyə daşıyacam. Bu öz yerində. Eyni zamanda dərk edirəm ki, cəmiyyətimizin hərtərəfli inkişaf etməsi üçün bir mənim yox, minlərlə mənim kimi insanın əməyi, zəhməti bəs etməyəcək. O cəmiyyətin ki, son on gündə it, qala divarları, lyuk mövzuları ətrafında vaxtını geninə-boluna keçirdi, lakin həkim biyabırçılıqları və səhiyyənin acınacaqlı vəziyyətinə görə ölkədə ölən 10 - a yaxın körpənin faciəsinə heç bir reaksiya vermədi. Virtual Reallıqdan çıxıb, ölkəmizdə baş verən faciələrə diqqət etməyiniz ümidi ilə. Hörmətlə, psixoloq Nizami Orucov. #körpələrölməsin , #uşaq , #körpə , #faciə , #vr , #virtualreallıq , #azərbaycan , #baki , #problemlər , #maariflendirme , #susma , #həqiqətlər , #nizamiorucov , #psixoloq ,

813
2 months ago

Çernobil faciəsindən 33 il ötür... Çernobıl faciəsi — 26 aprel 1986-cı il Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. #çernobil #faciə #1986 #tarixi_sitatlar

3488
3 months ago

Görüşdüm anayla... Ananın halından danışmayacam çünki bir ananın övladının,özü də azyaşlı bir qızın canına qəsd etməsinin necə təsir etməsini şərh etməyə məncə ehtiyac yoxdur. Ananın mənə dediklərindən isə məlum oldu ki, məktəbdə nəzarət, ailə ilə ünsiyyət, dərsə davamiyyətliliklə bağlı ailə ilə məktəb arasında bağlılığın olmaması bir daha sübut edir ki, bu sahədə böyük çatışmazlıqlar var... Və!!! Ən əsası!!! Əziz atalar,əziz analar!!! Övladlarınızı tərbiyə edin, eqoist, zorakı böyütməyin!!! Uşaqlarınızı sosial şəbəkələrdəki neqativlərdən, ədəbsizliklərdən, əxlaqsızlıqlardan qoruyun,nəzarət edin!!! Edin ki, bu faciə sizin balalarınızın "qapısını"döyməsin!!! P.S Mediaya isə bu məsələyə şou kimi baxıb yazı yazmağı heç tövsiyyə etmirəm!!! Sizin də balalarınızı,əzizlərinizi bir də görəcəksiniz ki,xəbəriniz olmayıb şou düzəldib narkoman və əxlaqsız ediblər... #162 #məktəb #məktəbli #faciə #zorakılığason #təhsil #reformasiyaya #ehtiyac #var #instagram #azerbaycan #bakı #şouyason #əxlaq #ailə #güvən #qoruyaq #media #diqqetli #ol

7.4k108
3 months ago

1918-ci ildə Azərbaycanda 31 mart- 3 aprel tarixləri arasında baş verən qırğınların, faciələrin təşkilatçılarından olan stepan şaumyan... Allah Şəhidlərimizə Rəhmət Etsin! #31mart #martsoyqırımı #1918 #Azərbaycan #Baku #tarix #soykırım #history #faciə #tarih #Bakı #Azerbaijan #martolayları #qırğın #facia #Quba #xaçmaz #lenkeran #şamaxı #naxçıvan #Qarabağ #Vətən #daşnaksütun #ermeniler #ermeni #bolşevik #armenia #3aprel #mart #aprel

422
3 months ago

Qafqaz İslam Ordusuna — Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir. Allah bütün şəhidlərə və bu soyqırımların qurbanlarına rəhmət eləsin🤲 🇦🇿🇹🇷 #azərbaycan #azerbaycan #azerbaijan #türkiye #tarih #31mart #31martsoyqırımı #faciə #genocide #soyqırım #tarih #tarix #unutma #azerbaycantürkiye #vatan #vətən #qafqazislamordusu #nuripaşa #ordu #osmanlı #instaaz #aze #aztagram #baku #baki #türk #muslim #instaazerbaijan #instaaze #army #türkiyeazerbaycan

1894
3 months ago

31 mart soyqırımı!!-1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım... Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. #31mart #martsoyqırımı #1918 #Azərbaycan #Baku #tarix #soykırım #history #faciə #tarih #Bakı #Azerbaijan #martolayları #qırğın #facia #Quba #xaçmaz #lenkeran #şamaxı #naxçıvan #hacıqabul #zengezur #qarabağ #selyan #sovet #facie #aztagram #unutma #3aprel #bolşevik

421
3 months ago

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. MART SOYQIRIMI Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ardı rəydə ⤵ #31mart #31martsoyqırımı #soyqırım #soykırım #azərbaycan #azerbaijan #faciə #ədalət

2391
3 months ago

Allah rəhmət eləsin 🤲 Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir. Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakışəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. День геноцида азербайджанцев — официальная памятная дата в Азербайджане, отмечается 31 марта, установлена указом президента Азербайджанской Республики Гейдара Алиева. #azərbaycan #azerbaijan #insta #instaaz #instaaze #aztagram #baku #baki #aze #instaazerbaijan #азербайджан #баку #azerbaycan #vətən #vatan #soyqırım #31mart #31mart1918 #genocide #faciə #unutma #türkiye #ordu #1918 #31martsoyqırımı

1773
3 months ago

ŞƏHİD ŞƏHƏR - XOCALI 1992-ci il fevral ayının 26-dan erməni ordusunun işğalı altındadır. Rayon 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonunun bazasında yaradılmışdır. Rayon ərazisindəki Əsgəran qalası Qarqar çayının sağ və sol sahillərində yerləşir. Qala Qarabağ xanı Pənahəli xan tərəfindən 18-ci əsrdə tikilmişdir. 1810-cu ildə Rusiya və İran arasında sülh danışıqları bu qalada aparılmışdır. 1991-ci ilin oktyabr ayından Xocalı rayonu blokada şəraitinə düşmüşdü. Rayon ilə nəqliyyat əlaqəsi kəsilmişdi. Yeganə nəqliyyat vasitəsi vertolyot olsa da, həmin ərəfədə Şuşa şəhərində mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi də dayandırıldı. Buna baxmayaraq , Xocalı sakinləri öz torpaqlarının müdafiəsində əzmlə dayanmışdılar. Onların qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində şəhər müdafiə olunurdu. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alındı. Şəhər mütəmadi olaraq erməni təcavüzkarlarının hücumlarına məruz qalırdı. Fevralın 25-dən Xocalıya hücuma hazırlıq başlandı. Şəhərə üç istiqamətdən hücum olunduğunu görən əhali öz yurdlarını tərk etməyə məcbur oldu. Lakin onlar erməni qatillərinin məkrli hiyləsinin qurbanı oldular. erməni dəstələri onların qarşısını alaraq heç kimə acımadan gülləboran etdilər. Şəhadət Sarayı :-kitabından Müəllif:-Sevil Gül Nur #xocalı #qətliamı #şəhit #mehmetcik #bordo #xtq #faciə #şuşa #şehinşah #türk #turanordusu #turan #şehitlərölməz #vətənbölünməz

650
4 months ago

60 yaşında qadının uşaqlıq xatirələri: "Corabıma palçıq dəymişdi,anam məni məftillə elə döymüşdü ki,həkim müayinə eləməkdən imtina etdi... 7 yaşım vardı..." Çox gülərüz xanımdı. Qarşımda oturub və uşaqların taleyi ilə çox maraqlanmağımın səbəbini soruşur: "Kəmalə xanım, sizin də uşaqlıqda problemləriniz deyəsən çox olub? Sizdən bircə xahişim var... Qohumlardan övladlığa uşaq götürməyə qarşı çıxın!!! Mənim sizə danışacaqlarım qoy insanlara bir "dərs" olsun" deyir... Həmsöhbətim bioloji valideynləri tərəfindən 1 yaşında dayısına övladlığa verilməsindən danışdıqca mən balaca bir qızcığazı gözümün qarşısında canlandırırdım,həyat hekayəsini, böyük bir faciəni o danışdıqca GÖRÜRDÜM... Yadında qalan ilk zərbəsini,şiddətini 5 yaşında belə xatırlayır: " Səhərə yaxın ayaqyoluna getmək üçün oyandım və anamı səslədim.Anam deyinə-deyinə məni ayaqyoluna tərəf aparırdı,mən yuxuluydum,ayağım səndirlədi, yıxıldım. Anam məni yerdən qaldıranda elə bildim ki, məni böyrümdən nəsə sancdı,çığırmaq istəyəndə əlləri ilə ağzımı tutdu. Ağrı isə daha da artırdı. Qarşoka məni otuzduranda böyrümdən qanın necə şoralandığını gördüm və bağırtım aləmə yayıldı... Səsimə atam gəldi,anamdan nə olduğunu,niyə qana bulaşdığımı soruşanda isə anamın cavabı bu oldu: " Qarşokun qırağı dəydi ayağına,elə bir şey yoxdu,cızıqdı,keçib gedər!!!" Əslində isə anam caynağa bənzər iti dırnaqları ilə onu yuxudan yarımçıq durquzduğuma görə böyrümdən iri bir çimdik götürmüşdü... Qadın hələ də qalan izləri mənə göstərdikdə qərara gəldim ki, onun taleyini qələmə alım... Ardı var... #şiddet #xilas #övladlığagötürmə #zorakılığason #60 #yaşlı #uşaq #körpə #7 #5 #faciə #cinayət #instachild #insta #aztagramm #gence #bakı #şəki #lənkəran #quba #kürdəmir #ucar #beyləqan #qazax #valideyn #günah #travma #unudulmur

8.9k224
4 months ago

Xocalıdan Olan Və Xocalı Faciəsinin Canlı Şahidi Şəhid Əlif Haciyev Dəstəsinin Üzvü Xocalı Havalimanın Muhafizəsində İştirak Etmiş Kəşfiyatcı Döyüşçü VƏ Bir Əmi Kimi Gördüyüm Nazim Hüseyinov @elcin.hli #xocalı #faciə #qarabağ #azərbaycan #türkiye #dagestan #cecenistan #cebrayil #ağdam #qafqaz #aztagrambaku #vinebaku #vineahiska #vinetürkiye #anadolu #oğuzlar #zəngilan #şuşa #xankəndi #xocavənd #füzuli #saatlı #sabirabad #xacmaz #quba #xudat #şirvan #naxcıvan #beylaqan #baki #

1597
4 months ago

Bu gün mən Xocalıyam Soyqırıma uğramışam, Üzərimdən milyon-milyon tanklar keçib, Əzilmişəm, kəsilmişəm, doğranmışam... Saçlarımdan sürüm-sürüm sürünmüşəm, Döyülmüşəm, zorlanmışam... Bu gün mən Xocalıyam, İmdadına çatılmayan bir harayam, Buz bağlamış çöllüklərə Meşələrə pərən-pərən dağılmışam, Körpə olub nizələrə taxılmışam... ~ Bu gün mən Xocalıyam- Dağılmışam, od alova sarılmışam, Güllə-baran olunmuşam, Yer üzündən silinmişəm, Yox olmuşam, Neçə-neçə cavanların, qız-gəlinin gözlərində ölən son ümid olmuşam, Puç olmuşam, heç olmuşam. Bu gün mən Xocalıyam, Bu gün mən Şəhid olmuşam, amma Cəhənnəmdəyəm. Bu gün mən Xocalıyam... ~ Ramina D. 25.02.2017. ~ #xocalı #khodjaly #faciə #soyqırım #qarabağ #qarabag #genoside #azerbaijan

654
4 months ago

Xocalı soyqırımını unutma ! ___________________________________________________ 🔻Ünvan: 🚇Xətai metro st. yaxınlığında🏢Xocalı pr.13 (Mübarək şadlıq sarayının yanı) 🔻Tel: ☎012-555-67-87 📱055-555-67-87 #xocalı #soyqırım #genosid #faciə #unutma

260
4 months ago

bir erməni esgərinin Xocalı etirafı: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim". # Xocalı #shareforkhojaly #forkhojaly #hocalıiçinpaylaş #hocalıiçin #поделисьдляходжалы #дляходжалы #xocalı #faciə #genocide #khojaly #justiceforkhojaly #shareforkhojaly #hocalıiçinpaylaş #hocalı

370