atibbu Photos & Videos

2 hours ago

Bu gün ATU-nun I Müalicə profilaktika fakültəsinin dekanı, Dermotovenerologiya kafedrasının Dosenti Dr. Elşad Novruzovun doğum günüdür. Bu gün münasibətilə dəyərli dekanımızı təbrik edir və fakültəmizin daha da inkişaf etməsi yolunda uğurlar arzu edirik!!! #atu #atumpf1 #atumpf_1 #tibb #atibbu #azerbaijan #aztagram

193
1 month ago

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin Tələbə Gənclər Təşkilatı idarə heyətinin təşəbbüsü ilə yaradılan “BooMo” kitab və kino klubunun açılışı baş tutub. Tələbə Gənclər Təşkilatının İctimai Səhiyyə fakültəsi üzrə sədri Xətayə Quliyeva klubun təsis olunmasının məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, burada gənclərdə mütaliə vərdişinin gücləndirilməsi və filmlərin birgə izlənməsi ilə bağlı müxtəlif layihələri icra olunması planlaşdırılır. ATU-nun TGT-nin sədri Rauf Vəliyev klubun yaradılması və fəaliyyətini tələbələrin asudə vaxtının təşkili, motivasiyalarının artırılması üçün əla fürsət kimi dəyərləndirib. Qeyd edib ki, İctimai Səhiyyə fakültəsi univesitetimizin, eləcə də təşkilatımızın sosial-ictimai həyatında xüsusi rola sahibdir. O, təşkilatımızın fakültə nümayəndəliyinə göstərdiyi xüsusi diqqət və dəstək üçün fakültə dekanı Anar Ağayevə təşəkkürünü çatdırıb. Görülən işlərin tələbələrin asudə vaxtının daha düzgün təşkili və tələbələr arasında birlik,dostluq münasibətlərinin formalaşması üçün önəmli rola sahib olduğunu qeyd edən təşkilat sədri klubun kitab fonduna ilk kitabı bağışlayıb. Sonra tədbir iştirakçıları birlikdə “Edge of Tomorrow” filmini izləyiblər. @boomoclub @atgti_asyou @public_health_amu #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan #book #movie #bookandmovie

2041
1 month ago

18 may saat 15:30-da Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək "Show Your Dance" müsabiqəsində universitetimizi Çinar rəqs qrupunun 3 nümayəndəsi - Cəfərli Yasəmən, Əzimova Sevda və İzzətov Əkbər təmsil edəcək. Hər birinizi onlara dəstək olmaq və əylənmək üçün müsabiqəni izləməyə dəvət edirik! #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan #showyourdance #galaxy

832
1 month ago

18 may 2019-cu il saat 11:00-da ATU Tələbə Gənclər Təşkilatınının təşkilatçılığı ilə "17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü" münasibəti ilə ATU-nun II Daxili Xəstəliklər kafedrasının dosenti Könül Məmmədyarovanın təqdimatında "Elektrokardioqrafik göstəricilər : norma və patologiya” adlı seminar baş tutacaq. Seminarda iştirak ödənişsizdir və qeydiyyat mütləqdir. Seminarda aktiv iştirak edən 20 nəfərə sertifikat təqdim olunacaq. Qeydiyyat linki səhifənin BİO-sunda yerləşdirilmişdir. #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan

1369
1 month ago

Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir. Kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir. Kampaniyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı faktlar və Şuşa barədə məlumatları müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, gəncləri bu istiqamətdə səfərbər etməkdir. Kampaniya çərçivəsində 6 dildə (azərbaycan, rus, ingilis, fransız, ispan və alman dillərində) 10 poster hazırlanıb. Paylaşımlar zamanı #Shusha #Shusha27 həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək və işğal faktları dünya ictimaiyyətinə çatdırılacaqdır. Əziz dostlar, sizlər də kampaniyaya qoşularaq verilmiş həştəq və fotolardan istifadə etməklə öz töhfənizi verin. #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan #Şuşa #Shusha # unutmayaq @atgti_asyou @youthfundaz @mys.az

764
1 month ago

Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir. Kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir. Kampaniyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı faktlar və Şuşa barədə məlumatları müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, gəncləri bu istiqamətdə səfərbər etməkdir. Kampaniya çərçivəsində 6 dildə (azərbaycan, rus, ingilis, fransız, ispan və alman dillərində) 10 poster hazırlanıb. Paylaşımlar zamanı #Shusha #Shusha27 həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək və işğal faktları dünya ictimaiyyətinə çatdırılacaqdır. Əziz dostlar, sizlər də kampaniyaya qoşularaq verilmiş həştəq və fotolardan istifadə etməklə öz töhfənizi verin. #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan #Şuşa #Shusha # unutmayaq @atgti_asyou @youthfundaz @mys.az

641
1 month ago

Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir. Kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir. Kampaniyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı faktlar və Şuşa barədə məlumatları müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, gəncləri bu istiqamətdə səfərbər etməkdir. Kampaniya çərçivəsində 6 dildə (azərbaycan, rus, ingilis, fransız, ispan və alman dillərində) 10 poster hazırlanıb. Paylaşımlar zamanı #Shusha #Shusha27 həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək və işğal faktları dünya ictimaiyyətinə çatdırılacaqdır. Əziz dostlar, sizlər də kampaniyaya qoşularaq verilmiş həştəq və fotolardan istifadə etməklə öz töhfənizi verin. #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan #Şuşa #Shusha # unutmayaq @atgti_asyou @youthfundaz @mys.az

732
1 month ago

ATU tələbələri “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının yüksək yer tutublar. Bu festival Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Nəsimi ili” çərçivəsində keçirilib. Festivalda Azərbaycan Tibb Universitetini müalicə profilaktika faükltəsinin 118A1b qrup nümayəndəsi Hikmət Abbasov və əczaçılıq fakültəsinin 817R qrup tələbəsi Yasəmən Cəfərova təmsil ediblər. ATU təmsilçiləri birinci və ikinci yerə layiq görülüblər.  Sonra Hikmət Abbasov Eldar Mansurovun “İL Dolce Suono (Fifth element)” mahnısının ifasına görə klassik vokal üzrə 1ci yerə layiq görülüb.  Yasəmən Cəfərova isə “Azad bir quşam" kompozisiyyasına uyğun rəqsinə görə ikinci yerə layiq görülüb. Qeyd edək ki, Yasəmən Cəfərova bu kompozisiyada həm də xoreoqraf kimi çıxış edərək, rəqsə özü quruluş verib. #atu #amu #atibbu #atutgt #atibbutgt #aztagram #azerbaijan #telebebahari

1335
2 months ago

19.04.2019 cu il tarixində ATU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Orxanway Coaching" şirkətinin təsisçisi və rəhbəri ,təlimçi Orxan Şahbazın təqdimatında "Sosial beyin" adlı seminar baş tutmuşdur.Seminar çərçivəsində karyera, uğur, xoşbəxtlik və.s mövzularda müzakirələr olub və seminar çox interaktiv şəkildə davam edib. Sonda xatirə şəkli çəkilib. #atu #atibbu #atgti #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan #orxanşahbaz #orxanway @orkhan.shahbaz

2600
2 months ago

ATU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Edulandiya Təhsil və Konsultasiya Mərkəzinin dəstəyi ilə ATU tələbələri arasında Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi İli” münasibətilə 20 aprel , saat 11:00da “Xəmsə Milli İntellektual Oyunu üzrə ATU Çempionatı təşkil olunacaq. Oyunda iştirak etmək üçün 17 aprel tarixindən gec olmayaraq 5 nəfərdən ibarət komanda formalaşdıraraq aşağıda qeyd olunan məlumatları 0776424299 whatsapp nömrəsinə göndəməyiniz xahiş olunur : Komanda adı Komanda kapitanının ad, soyad və əlaqə nömrəsi Üzvlərin ad və soyadı Oyunda qalib gələcək komandaya və günün ən yaxşı oyunçusuna xatirə hədiyyələr və dəstəkçi kursumuz tərəfindən TUS hazırlıq dərsləri hədiyyə olunacaq və diplomlar təqdim olunacaq  Sualların redaktəsi və oyunun aparıcısı : Fərid Qurbanlı #atu #atibbu #atgt #atgti #atutgt #atibbutgt #azerbaycan @edulandiya

12911
2 months ago

Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının hesabat-seçki konfransı keçirilib. Konfransda YAP  Nəsimi rayon təşkilatının sədri,millət vəkili Məlahət İbrahimqızı, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev iştirak ediblər. Konfransı giriş sözü ilə açan prorektor Sabir Əliyev, partiyanın  hazırki fəaliyyətindən danışıb: “Bu gün Azərbaycan gəncləri cənab Prezidentə güvənir, onun müdrik siyasətinə dəstək olurlar. Bu günkü gənclik daha savadlı, daha intellektual olmalıdırlar. Radikal düşüncələrdən uzaq olmalı, hadisələri daha düzgün analiz edərək ona uyğun qərar verməlidirlər”. ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev  ATU YAP Gənclər Birliyinin cari il ərzində olan fəaliyyətinə dair hesabatı konfrans iştirakçılarına təqdim edib. Hesabat çərçivəsində təşkilatın gördüşü işlər, partiya nümayəndələrinin respublika səviyyəli tədbirdə iştirakları,tələbələrin təqaüdlərinin artırılması, Aprel zəfərində gənclərimizin rolu  xüsusi olaraq  vurğulanıb. Daha sonra ATU tələbələri Hesabat haqqında öz fikirlərini bildiriblər. II Müalicə profilaktika fakültəsinin tələbə dekanı Məhərrəm Alimli, İctimai Səhiyyə fakültəsinin tələbə dekanı Fidan Həsənli, Əczaçılıq fakültəsinin tələbəsi,TGT üzrə fakültə sədri Tamilla Qəhrəmanzadə hesabatı qənaətbəxş hesab edərək müsbət qiymətləndiriblər.  Konfransın gedişində yeni sədr və idarə heyətinin tərkibinin müəyyənləşdirilməsi də baş tutub. Belə ki, tələbələrin təklifi və yüksək səs çoxluğuna əsasən Rauf Vəliyev YAP Gənclər Birliyinə növbəti dönəm üçün sədr seçilib. Daha sonra Millət vəkili Məlahət İbrahimqızı  yeni seçilən sədr və idarə heyətinə uğurlar arzu edib: “ Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının  fəaliyyətində ATU tələbələrinin rolu danılmazdır. Gənclərimiz hər zaman tədbirlərimizdə fəal iştirak edərək,cənab prezidentin siyasi kursuna dəstək verirlər. Ümid edirəm ki, növbəti illər ərzində də bu aktivlik qorunub-saxlanacaq “. #atu #atibbu #atgt #atgti #atutgt #atibbutgt #azerbaycan #aztagram #yap #yeniazerbaycanpartiyası

1643
2 months ago

ATU Tələbə Gənclər Təşkilatının və AİESEC Azərbaycan Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Global Volunteer” proqramının təqdimatı keçirilib. Təqdimatın birinci hissəsində universitetin tədris korpusunda yerləşdirilən stend vasitəsilə AİESEC nümayəndələri tələbələrə proqram haqqında məlumatlandırıblar. ATU tələbələrinə könüllülük proqramına dair bukletlər paylanılıb. Təqdimatın seminar mərhələsində isə təşkilatın nümayəndələri “Global Volunteer” proqramına dair slayd nümayiş etdiriblər. ATU tələbələri interaktiv formada keçirilən tədbirdə fəal iştirak ediblər. Qeyd edək ki, “Global Volunteer” proqramı gənclərə seçdikləri ölkədə təcrübə qazanarkən həm də müxtəlif ölkələrdən olan insanlarla görüşmək, yeni mədəniyyətləri araşdırmaq imkanını yaradır. Bu proqram vasitəsilə gənclər Dayanıqlı İnkişaf Məqsədləri üzərində qurulan  6-12 həftəlik layihələrə qatılaraq özünü inkişaf etdirə biləcək, həm də təcrübə qazanacaqlar. Proqram iştirakçılarına sonda beynəlxalq dərəcəli 2 sertifikat təqdim olunur. #atu #atibbu #atgt #atgti #atutgt #atibbutgt #azerbaycan #aztagram #aiesec #aiesecaze #globalvolunteers @aiesecaze

1672
2 months ago

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 1-ci kurs tələbələri ilə növbəti dəfə qeyri-rəsmi formatda görüşüb. Səmimi söhbət formatında keçirilən görüşdə rektor Gəray Gəraybəyli tələbələrin müxtəlif məsələlərlə bağlı fikirlərini öyrənib. Qeyd olunub ki, görüşün əsas məqsədi tələbələrin istəkləri, unviersitet rəhbərliyindən gözləntiləri ilə tanış olmaq, bəzi məsələlərin dərhal həllinə nail olmaqdır. Rektor tələbələrin təhsil-tədris prosesi, müəllimlərlə münasibət, yataqxanalardakı şərait, dərsliklərlə təminat və s. kimi mövzularda fikirlərini soruşub. Universitet rəhbərliyi, prorektor və fakültə dekanlarının da iştirak etdiyi görüşdə tələbələr tədris prosesində rast gəlinən problemlərdən danışıblar. ATU tələbələri bəzi məsələlərin həlli üçün təkliflər irəli sürüblər. Universitet nəzdində “Tələbə kafesi”nin yaradılması, universitet şəhərciyində tələbələrin asudə vaxtını keçirməsi, dincələ bilməsi üçün parkın salınmasını təklif ediblər.  Görüş iştirakçıları tələbələr üçün tibbi sığortanın təşkili, universitetin binasının fasadının müasir formada təmiri barədə arzularını bildiriblər. Tələbələr bəzi kefadralar tərəfindən təqdim olunan dərsliklərin sayının artırılmasına ehtiyac olduğunu da qeyd ediblər. Birinci kurs təmsilçiləri ATU-nun xarici əlaqələrinin genişləndirilməsinin onlar üçün yeni imkanlar açdığı qeyd edərək beynəlxalq proqramlarının arıtırlması ilə bağlı fikirlərini çatdırıblar. Onlar son zamanlar ATU-da keçirilən tədbirlərin formatının daha maraqlı və müasir olmasından razılıqlarını bildiriblər. Rektor Gəray Gəraybəyli və rəhbərlik nümayəndələri tələbələrin təkliflərini diqqətlə dinləyiblər. Bəzi məsələlərin həlli ilə əlaqədar dərhal göstəriş verilib. Rektor G.Gəraybəyli bu cür görüşlərin müntəzəm olaraq keçiriləcəyini bildirib. #atu #amu #atibbu #tgt #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan

2096
2 months ago

7 aprel-Dünya Sağlamlıq Günüdür. 📌Həmin gün 1948-ci ildə Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün - hər il aprelin 7-də qeyd olunur. Dünya Sağlamlıq Gününün qeyd edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Hər birinizə sağlam,xoşbəxt anlar arzu edirik! #atu #amu #atibbu #tgt #atgt #atutgt #atibbutgt #azerbaycan #aztagram

471
2 months ago

Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi ,Təşkilatımızın aktiv üzvü,eyni zamanda universitetimizdə təşkil olunan tədbirlərin aktiv iştirakçısı Hikmət Abbasov "İstedadlı Gənclərinin Estrada - Vokal Müsabiqəsi"də universitetimizi təmsil edəcək. Aprelin 29- da , saat 17:00- da Azərbaycan Milli Konservatoriyasının böyük konsert salonunda Azərbaycan Respublikası Gənclər Fondu , Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ( @atgti_asyou ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının ( @konservatoriya_tgt ) təşkilatı dəstəyi ilə keçirilən "İstedadlı Gənclərin Estrada - Vokal Müsabiqəsi"nin final - qala konserti keçiriləcək. Final mərhələsində 14 fərqli ali təhsil müəssisələrindən 16 nəfər finalçı təmsil olunacaqlar. Onlar estrada və vokal janrları üzrə müvafiq olaraq I, II və III yerlər uğrunda mühazirə aparacaqlar. Hər birinizi Hikmətə dəstək olmaq üçün qala konsertinə dəvət edirik! #atu #amu #atibbu #tgt #atgt #atibbutgt #atutgt #aztagram #azerbaycan

1693
2 months ago

1-7 Aprel Dünya Xərçəng Həftəsidir! Hər gün yüzlərlə insan bu diaqnozla qarşı-qarşıya qalır və artıq hər şeyin bitdiyini, yolun sonuna gəldiyini düşünür. Lakin bu belə olmamalıdır. Xərçəng yolun sonu deyil, sadəcə imtahan, sınaqdır. Necə ki, hər gün yüzlərlə insan bu diaqnozla qarşı qarşıya qalır, eləcə də hər gün yüzlərlə insan bu xəstəliyə qalib gəlir. Həyatın ən son dəqiqəsi belə tükənmişlik sindromu yaşamaq üçün hələ çox tezdir. Bədənimiz xərçəngə tutula bilər, əsas odur ki, fikirlərimiz xərçəngə tutulmasın. Çünki hər şey düşüncədən başlayır. #atu #amu #atibbu #tgt #atgt #atutgt #atibbutgt #aztagram #azerbaycan

1715
2 months ago

Əziz Tibb Universiteti tələbələri ! Global Volunteer indi Azərbaycan Tibb Universitetində görüşünüzə gəlir! Əgər sizdə xaricdə praktiki iş təcrübəsi qazanmaq ,müxtəlif ölkələrdən olan insanlarla görüşmək,yeni mədəniyyətlərlə tanış olmaq və müxtəlif ölkələri kəşf etmək istəyirsənizsə o zaman bu infosessiyanı qaçırmayın! Global Volunteer proqramı sizə seçdiyiniz ölkədə təcrübə qazanarkən müxtəlif ölkələrdən olan insanlarla görüşmək, yeni mədəniyyətləri araşdırmaq imkanı verir. Bu proqram vasitəsi ilə siz 6-12 həftəlik Dayanıqlı İnkişaf Məqsədləri üzərində qurulan layihələrə qatılaraq özünüzü inkişaf etdirəcəksiniz, təcrübə qazanacaqsınız və sonda beynəlxalq dərəcəli 2 sertifikatla təmin olunacaqsınız. Siz də bu yay Xaricdə könüllü olmaq və proqram haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə,hər birinizi 11aprel 16:00da ,Azərbaycan Tibb Universiteti Tələbə Gənclər təşilatının dəstəyi ilə Tibb Universiteti, Fizika-kimya korpusu,II mərtəbə seminar zalında keçiriləcək infosesiyyamızda gözləyirik! Qeydiyyat üçün link biodadır. @aiesecaze #atu #amu #atibbu #tgt #atgt #atutgt #atibbutgt #globalvolunteer #aiesec #aiesecaze

1345
2 months ago

343
3 months ago

Bu gün 21 mart - Beynəlxalq Daun Sindromlu İnsanların Günüdür. Daun sindromu insanın genotipində 21-ci xromosom cütündə +1 əlavə xromosomun olmasıdır. Xəstəlik deyil, fərqlilikdir. Və biz yalnızca bir gün deyil, hər gün onların fərqində olmalıyıq, sevgi və qayğı göstərməliyik. Çünki onlar da bizim kimidir. +1 fərqlə❤ #atutgt #atgti #atu #tgt #atibbutgt #azerbaijan #azerbaycan #down #daunsindromu #atgti #atutgt #atibbutgt #atu #amu #atibbu #azerbaijan #azerbaycan #baku #bakı #olardandabizdendir #1ferqle

1891
3 months ago

Azərbaycan Tibb Universitetinin rektoru,professor Gəray Gəraybəyli 14 mart 11:00da Cavan Tv-nin qonağı olacaq. Canlı yayımı cvn.tv saytından,eləcə də kanalın facebook və youtube səhifələri üzərindən izləyə və rektorumuza suallarınızı ünvanlaya bilərsiniz. . . #cvntv #atibbu

920
3 months ago

Həyatınızı külə yox, gülə çevirin!” Martın 5-də Fəvvarələr meydanında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Bakı Tekstil Fabrikinin dəstəyi, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə “Həyatınızı külə yox, gülə çevirin!” aksiyası keçirilib. Aksiyanın əsas məqsədi əhalini tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməkdən ibarət olub. Bahar bayramı və 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən aksiya zamanı tədbirdə iştirak edən könüllülər əllərində gül sakinlərə, xüsusilə gənc və yeniyetmələrə yaxınlaşaraq tütünçəkmənin zərərlərini izah ediblər. Gənclərlə söhbət zamanı onlara izah olunub ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşə mənfi təsir edir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Əhalinin sıx olduğu məkanda keçirilən aksiyada sakinlərin diqqətinə o da çatdırılıb ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və bu, hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, könüllülər sakinləri “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Dünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar. Mərkəzin hazırladığı maarifləndirici çap materiallar əhaliyə paylanılıb və aksiya Azərbaycan Tibb Universiteti tələbələrinin ifasında “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” #atibbu #thik #atibbuthik #health #nosmoking #aztagram

812
6 months ago

Dünən getdiyimiz uşaq sığınacağı ❤️Uşaqların gülüşünə səbəb olmaq ən böyük xoşbəxtlikdir.Dəstək olan hər kəsə təşəkkürlər. #atibbu #adnsu

594
6 months ago

-Salam dostlar, sabahınız xeyir😊 Necəsiniz? Dərslər necə gedir?😄 Artıq ilk semestr bitir imtahana hansı fənndən hansı balla gedirsiniz?☺ öz şəkillərimlə sizi bezdirdiyimi bilirəm😂 amma, səhifə spamdadı deyəsən Mark paylaşımları az bir kütləyə göstərir😕 ona görə şəkilə rəy yazıb kayd edin zəhmət olmasa spamdan çıxaq😇 gününüz uğurlu keçsin💚 #blackandwhite #azərbaycantibbuniversiteti #atu #amu #həkim #atibbu #atuamu #tədriscərrahiyyəklinikası #tədristerapevtikklinikası

1.1k90
7 months ago

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı! Yaşıl boya islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Bayraq günümüz mübarək!🇦🇿 . . . . #flagday #thik #atibbu #

490
9 months ago

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı növbəti tədris ili üçün online qeydiyyat elan edir. Əziz tələbələr, universitetimizdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına qoşularaq tələbəlik həyatınıza rəng qata ,aktiv fəaliyyət göstərib olduqca potensiallı və bacarıqlı sosial çevrəyə sahib ola bilərsiniz. Üzv olmaq üçün səhifənin “Bio” hissəsindəki linkdən qeydiyyatdan keçə bilərsiniz. #atu #amu #atibbu #atutgt #atgti #asyou #baku

851