əsəb Photos & Videos

2 hours ago

#Psixiatrik #xəstəliklər ruhi sferaya, düşüncəyə və davranışlara təsir edən xəstəliklərdir. Hər bir insanda zaman-zaman #psixi ( #əsəb ) problemlər əmələ gələ bilər. Ancaq davam edən şikayət və simptomlar tez-tez əsəb gərginliyinə, iş qabiliyyətində azalmaya və münasibətlərdə pozulmalara səbəb olduqda artıq bu, psixi problemlərin xəstəliklərə çevrildiyindən xəbər verir. Vaxtında qoyulmuş düzgün #diaqnoz #müalicə ilə isə bu qəbildən olan problemlərin aradan qaldırılması mümkündür. #psixiatr #FuadBəşirov #uzman #həkim #psixoterapevt

830
2 hours ago

Doğuşdan sonra depressiya 15-% -ə qədər qadınlarda rast gəlinən problemdir. Əsas əlamətlər - 💊Doğuşdan sonra anada iştahsızlıq 💊Həyacan,sıxıntı,darıxma 💊Körpəyə qarşı hədsiz həyəcan və ya körpəyə heç diqqət etməmək 💊Səbəbsiz ağlamalar,üzülmələr Bu kimi hallarda analara yardım olunmalıdır. #dogus #depresiya #depressiya #ruhduskunluyu #yorulma #istahsizliq #darixma #ana #nevroloq #əsəb #nevroloqsamira #əhmədlitibbmərkəzi

120
1 week ago

Uşaqlarınıza seçim ixtiyarı verin! Onlara dəstək olun! Gizli qabiliyyətlərini üzə çıxartmaqda yardımçı olun! Fərəhləndirin! Həvəsləndirin! Güvəndiyinizi tək sözlərinizlə deyil, hərəkətlərinizlə də hiss elətdirin! Birlikdə sevinin! Və... Fəxr edin! Unutmayın! Övladlarınızın sizin sevginizə, sizin qayğınıza, sizin güvəninizə və dəstəyinizə həmişə ehtiyacları var! Övladlarınız arasında fərq qoymayın! Hər birinə xüsisi qayğı göstərin! Çünki onların hər biri sizin övladınızdır... Və intellekt səviyyəsindən asılı olmayaq, onların hər birinin hansısa sahədə, hansısa yönəmdə xüsusi istedadı var... Hər birinizə övlad sevinci, övlad uğuru arzulayıram!... · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

2418
1 week ago

ÖZÜNÜZÜ ALDATMAYIN!!! Biz çox vaxt özümüz özümüzü psixoloji travmalara sürükləyirik: bəzən bilərəkdən, bəzən bilmədən... Əslində əgər diqqət etsək, real həyatda aydın olmayan heç nə yoxdur. Bütün baş verən hadisələr və onların gedişi zamanı ətrafda kifayət qədər “ siqnallar” və “işarələr” olur ki , bu hadisələrin nəticələri haqda bizə xəbərdarlıq edir. Lakin biz, demək olar ki, çox hallarda bu siqnalları “inkar edib”, məhəl qoymuruq, yəni reallığı qəbul edib, görmək istəmirik. Məsələn: sizə sizin ona verdiyiniz qədər dəyər verməyən, lakin həyatınızın müəyyən dövründə hansısa bir boşluğu dolduran birisi ilə münasibətinizdən, “çətin anlarda” yanınızda olub, sizi dəstəkləyən ( məqsədli və ya təmənnasız- fərq etməz) birisi ilə aranızda yaranan səmimiyyət hissindən danışaq... Bəzən bu münasibətlərə o qədər aludə olub, o qədər çox hisslər qoyulur ki, aylar, illər sonra heç nə alınmayacağını düşünmək belə istəmirsən. Və beləcə, daha artıq səhvlər edə-edə, “ bataqlığa” qərq olursan. “Ayılanda” isə... “ könül travması!!! ”... Və, nəhayət, psixoloji pozuntu, depressiya və s... və i... Amma siz daha davamlı, daha güvənli münasibətlərə, ürəkdən sevib–sevilməyə, daha gözəl həyata layiq birisiniz. Bunu unutmayın! Əgər özünüzü “ aldatmayıb”, hadisələrə düzgün qiymət versəniz, qarşınızdakı insanın sizdən “ ehtiyat variant” kimi istifadə edib, “ gün keçirmək xatirinə” yanınızda olmasını və onun “ hansısa hissini” məhəbbət əvəzi kimi qəbul etməsəniz həyatınızı çətinləşdirən bir çox məqamlardan qaça bilərsiniz... Bunun üçün aşağıdakılara diqqət verməlisiniz: Nəyə görəsə, çox vaxt siz onu “ axtarırsınız”. O, isə ancaq ona lazım olanda, ona “sərf edəndə” peyda olur- öz istəkləri, öz kaprizləri, şikayət dolu “ bölüşmə”ləri ilə... Sizə sevdiyini deyir, sizin daha gözəl şeylərə layiq olduğunuzu qeyd edir, amma sizinlə olan münasibəti irəlilətmir, sanki gizli saxlayır. Səmimi söhbətlərdən qaçaraq, birbaşa yaxın əlaqəyə can atır. Cürbəcür bəhanələrlə sizi “arxa plana” atıb, sizə aid planları son ana kimi yubadır. Ardı komentdə... . #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

1.7k89
1 week ago

Testin cavablandırılması: Əvvəlcə, bağban kimi seçdiyiniz l ağac üçün olan cavabı oxuyun. I ağac - sizin özünüzdə görüb, qəbul etdiyiniz şəxsi xüsusiyyəti əks etdirir. Yalnız bundan sonra, ll ağac üçün olan cavabı oxuya bilərsiniz. Il ağac - ətrafınızdakıların sizdə görüb, qiymətləndirdiyi, sizin özünüzün isə fərqində belə olmadığınız gizli şəxsi xüsisiyyətinizi əks etdirir. NƏTİCƏLƏR: 1. Qayğısız, əyləncəli, möhkəm birisiniz. Sizin üçün həyat- özünəməxsus sərbəstlikdən, qəfil və düşünülməmiş hərəkətlərdən ibarətdir. Siz Həyatınızın hər bir anından tam şəkildə istifadə edib, ləzzət almağa çalışırsınız. Sizin şüarınız: "Biz bir dəfə yaşayırıq!". Yeni, möcüzəli təəssüratlara açıq, dəyişikliyi sevən birisiniz. Sürprizləri çox sevirsiniz. Məhdudlaşdırılmaq, qadağalar sizin üçün deyil. 2. Müstəqil, birbaşa, düzgün münasibətli birisiniz. Siz həmişə öz yolunuzla gedəcəksiniz. İstiqamətinizi seçməyi çətinləşdirən, məhdudlaşdıran amilləri qəbul etmirsiniz. Sizin işdə və ya boş vaxtınızda göstərdiyiniz bədii bacarıqlarınız var və həyat tərziniz çox fərdidir. İndi "dəb"dədır kimi düşüncələri qəbul etmirsiniz. Həyat və inanclar haqqında öz fikirlərinizə görə yaşayırsınız. Hətta bu, axına qarşı üzmək olsa belə.. 3. Həssassınız, özünü axtarıb tapmağa meyllisiniz. Siz özünüz və ətrafınızdakılar haqqında düşüncələrə insanların əksəriyyətindən daha tez-tez qərq olursunuz. Səthiliyi qəbullanmırsınız. Siz boş boş söhbətlərdənsə, özünüzlə tək başına qalmağa daha çox üstünlük verirsiniz. Amma dostlarınızla əlaqəniz çox zəngindir ki, bu da xoşbəxtliyinizi təmin etmək üçün daxili sakitliyinizi və xoş əhval-ruhiyyənizi qüvvətləndirir. 4. Həyat sevər, balanslı, harmonik birisiniz. Təbiiliyi və sadəliyi qiymətləndirirsiniz. İnsanlar sizinlə rahatdırlar, çünki güvənilirsiniz və etibarlısınız. Hörmət etdiklərinizə güvən və təhlükəsizlik hissini verirsiniz, amma, bu zaman onlara təzyiq göstərməməyə çalışın! İnsanlar sizi yumşaq, sakit və mehriban bir insan kimi görür. Siz moda istəklərinə şübhə edirsiniz. Geyimdə praktikliyə və eleqantlığa üstünlük verirsiniz. Ardı komentdə... · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku

29774
1 week ago

Bu gün sizin şəxsiyyətinizin gizli xüsusiyyətini aşkarlayacaq xüsusi psixoloji testi sizə təqdim etmək istəyirəm. Bunun üçün sizin özünüzü xəyalən bağban olduğunuzu təsəvvür etməniz lazımdır. Təsəvvür edin ki, siz bağbansınız və bağ salmaq qərarına gəlmisiniz. Əvvəl bir, sonra iki, daha sonra üçüncü ağacı əkirsiniz. Və bağınızı günü gündən böyüdürsünüz. Baxaq, görək, siz necə bağbansınız?!... Və, nəhayət... Artıq sizin çox böyük və gözəl bağınız var. Amma siz çoxdandır, bağınıza heç bir ağac əkməmisiniz... Nə vaxtdır ki, yenilikdən uzaqsınız... Yox, yox!" Həyacanlanmayın! Siz çox şey itirməmisiniz. İrəlidən ağacəkmə mövsumu gəlir... Və siz gözəl görünüşlü, yeni ağac növləri seçib, onları əsrarəngiz bağınızda öz zövqünüzə uyğun əkə bilərsiniz... Bütün fikrinizi toparlayaraq, diqqətlə ağaclara nəzər salın! Fikirləşmədən, ilk diqqətinizi çəkən ağacı bağınızda əkmək üçün seçin... Seçdinizmi?! Əla! Şəkildən gözünüzü yayındırın... Ağacın pulunu ödəyin! Ödənizmi?! Aha... Amma bir ağacla getmək??? Kaş ki, birini də ala bilsəydiniz.... Gizli cibinizi araşdırın... Deyəsən, ll ağacı da almaq şansınız var! Əla!!! Elə isə yerdə qalan ağaclara nəzər salın! Diqqətlə baxıb, içindən birini seçin... Bax, indi sizin şəxsiyyətinizin gizli tərəfi haqqında biz nələrsə, biləcəyik... Zəhmət olmasa, düz nəticə üçün şərtlərə dəqiq əməl edin! Cavablar axşam saatlarında paylaşılacaq... · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

544296
3 weeks ago

HƏYAT – çox gözəldir. Və qorxulara, tərəddütlərə, şübhələrə, mübahisələrə, anlaşılmazlıqlara – boş-boş şeylərə sərf etmək üçün çox qısadır... Əgər insan övladı istərsə, çox yüksək nəticələr əldə edib, həyatını mənalı keçirib, çox xoşbəxt anlar yaşaya bilər... Yetər ki, istək olsun... Yetər ki səy göstərsin... Bunun bir neçə yolunu sizə təqdim etmək istəyirəm: 1. Qorxmaqdan əl çəkin! Qorxu – zəiflər üçün “blok”, “çərçivə”; güclülər üçün isə inkişaf mərhələsinin katalizatoru və ya böyümə zonasının göstəricisidir. Əgər qorxu hiss edirsinizsə, onun üzərinə getməkdən çəkinməyin! Unutmayın ki, “ölüm” belə hamı üçün var... Və siz nə qədər az qorxu ilə yaşasanız, o qədər yüksəkliklərə qalxacıqsınız, daha çox müvəffəqiyyət qazanıb, daha mənalı həyat keçirəcəksiniz! 2. Ətraf mühütin fikirləri ilə yaşamayın! Heç bir kəs sizin keçirdiklərinizi, yaşadıqlarınızı sizin qədər hiss edib,anlayıb, yaşamaq iqtidarında deyil. Əgər sizə “mane” olub, bir şeyin mümkün olmayacağını deyirlərsə, bilin ki, bu, həmin insanların qorxusudur. Siz isə bu işin öhdəsindən, istəsəniz, asanlıqla və layiqincə gələ bilərsiniz. Yetər ki, səy göstərəsiniz... Ona görə... 3. Güclü insanlarla münasibət qurub, təmasda olun ki, sizə yeni işdə stimul verib, motivasiya edib, uğurlarınıza inansınlar! Bir müddət sonra, siz özünüz nələr əldə edib, nələrə nail olduqlarınızın şahidi olacaqsınız. Və vaxtilə bunlara xəyal kimi baxıb, əldə etməyin heç vaxt mümkün olmayacağını fikirləşdiyinizi xatırlayıb, itirdiyiniz vaxta təəssüf edəcəksiniz... Unutmayın, həyatda mümkün olmayan şey yoxdur! Yetər ki sizin istəyiniz və hərəkətiniz olsun... Ona görə, dayanmayın, irəli gedin! 4. Öz yolunuzu axtarıb, tapın! Istəklərinizi, arzularınızı həyata keçirməyə çalışın! Və artıq anlayın ki, siz çox şeyə qadir birisiniz.. Siz öz yolunuza davam etdikcə, həyatın enişli-yoxuşlu yolları ilə irəlilədikcə, öz həyatınızın liderinə çevriəcəksiniz... Bax, o zaman mənalı bir həyat yaşayacaqsınız! . #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

43313
3 weeks ago

Eyni mühitdə uzun müddət olan insanların beyinlərinin bir–biri ilə danışdığını desək, yəqin ki, hamınız təəccüblənəcəksiniz. Amma burda təəccüblü heç nə yoxdur. ABŞ–ın NORTHVESTERN universitetinin nevrologiya üzrə professoru Moran Cerf beyinin elektrik siqnalları sinxroniyası ilə bağlı araşdırmalar aparmışdır. O, 10 ildən çox bir dövrdə insanların qərar qəbul etmə müddətlərini incələyib. Bunun üçün alim beyin siqnallarının fəaliyyətini aydınlaşdıraraq, insanların fərqli hadisələrə reaksiya verərkən, beyinlərinin hansı bölgələrinin fəaliyyətə keçməsi ilə bağlı nəticələr əldə edib. Araşdırmanın nəticəsinə görə, birlikdə vaxt keçirən insanların beyin dalğaları tədricən bir – birinə bənzəməyə başlayır və hətta bir müddətdən sonra bəzilərində tam eyni olub. M. Cerf eyni mühitdə olan insanların beyinlərinin fəaliyyətini kompüter ekranında da izləyib: “Sadəcə 2 həftə sonra eyni filmi izləyən, eyni kitabı oxuyan, ancaq bir – biri ilə danışan insanların dil, hiss və həyata baxışlarında ortaqlıq diqqət çəkir”- deyə bildirib. Bütün bunları nəzərə alsaq həyatda verdiyimiz ən doğru qərar kiminlə vaxt keçirməyimiz barədə qərardır. M. Cerfin dediyi kimi: “Yaxınlığınızdaki insanların sizin üzərinizdəki təsiri böyükdür, ən böyük təsir isə zamanla ona bənzəməyinizdir. Əgər 10 il boyunca pis xarakterli biri ilə vaxt keçirsəniz, bu, həyatınıza çox böyük təsir göstərəcək”. Seçimlərimizin bizə necə təsir etməsi istiqamətində araşdırma aparan M. Cerf bildirir ki, beyin dalğalarımız bir müddət sonra birlikdə vaxt keçirtdiyimiz insanın beyin dalğalarına bənzəyir. Ona görə də seçim edərkən qarşınızdakının davranış və düşüncələrini nəzərə alın. · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

1929
3 weeks ago

Hörmətli valideynlər! Uşaqlrınızın gələcəkdə formalaşmasına təsir göstərən bir neçə yanaşmanı sizin nəzərinizə çatdırmaq istəyirəm: • Daim tənqidlə əhatə olunan uşaq – günahkar çıxartmağı ; • Qəzəblə əhatə olunan uşaq – ağrı çəkdirməyi; • Daim yalanla qarşılaşan uşaq – yalan danışmağı; • Düşmənçiliklə əhatə olunmuş uşaq – mübarizə etməyi; • Anlayışsız münasibətlər görən uşaq – başqalarına qulaq asmamağı öyrənir. • Qeyri-ciddi və “lağ-lağı” ilə əhatə olan uşaqda – güvənsizlik, qeyri-müəyyənlik inkişaf edir. • Biabırçılıqlarla əhatə olunan uşaq – günahkarlıq hissindən əziyyət çəkir. • Daim dəstəklənən uşaq – müdafiə etməyi; • Gözləntilərlə qarşılaşan uşaq - səbrli olmağı; • Düzlüklə əhatə olunmuş uşaq - ədalətli olmağı; • Sevgi ilə əhatə olunan uşaq – sevib, sevilməyi öyrənir. • Azadlıq seçimi görən uşaqlar – sərbəst qərar verməyi; • Təsdiqlə, güvənlə əhatə olunan uşaq – özünə hörmət etməyi; • Təhlükəsizliklərlə əhatə olunmuş uşaq – inanmağı öyrənir. • Təriflərlə əhatə olunmuş uşaqda isə özünəgüvən yüksək olur. . · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

170
3 weeks ago

Bu gün biz sizinlə kiçik bir test keçirəcəyik. Yuxarıdakı şəkilə diqqətlə baxın: İlk oturub, dincəlmək istədiyiniz kürsünü seçin. Hansı kürsüdə özünüzü rahat hiss edərdiniz?! Testin nəticəsinə görə, siz nə vaxt özgüvəninizin yüksək olduğunu aydınlaşdırmış olacaqsınız. Başlayaq: I. Siz dostlarınızın - çoxdan tanıdığınız, hər bir situasiyaya yanaşma tərzini bildiyiniz və etibar etdiyiniz insanların əhatəsində özünüzü daha güvənli hiss edirsiniz. Il. Siz doğmalarınızın yanında özünüzü daha güvənli hiss edirsiniz. Çox güman ki, siz "ailə" adamısınız və qan qohumluğuna xüsusi dəyər verirsiniz. Ill. Siz situasiyaya nəzarət edə bildiyiniz halda özünə güvəniniz yüksək olur. O halda ki, istədiyiniz an vəziyyəti dəyişib, hadisələri istədiyiniz istiqamətə yönəldə bilirsiniz. IV. Siz emosiyalarınıza çox güvənirsiniz. Yəni, yüksək əhval-ruhiyyədə olmaq sizin fəallığınızı artırır və sizdə özünəgüvən hissini gücləndirir. Sakitlik halında isə... Bu sizə görə deyil... V. Siz öz yaxınlarınızı qoruyub, himayə etdikdə öz güvəniniz daha artır. Sizə dəyərli insanları qoruyub, onlara komfort yaratdığınız an, başqa vaxtlara nisbətən sizdə özünə güvən hissi daha güclü olur. Vl. Siz təklikdə qərar verib, hərəkət etdiyinizdə, özünə güvəniniz daha yüksək olur. Siz özünüzdən başqa bir kimsəyə güvənib və ya başqa birilərinin gördüyü işin məsuliyyəti altına girməyi qəbul etmirsiniz. Siz yalnız öz qərarlarınıza güvənib, sərbəst qərar verib, onları həyata keçirməyə üstünlük verirsiniz. @psixoloq.almaz.askerova · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #npsixologiyabaku #azerbaijan #baku #psixologiya

12414
3 weeks ago

Bu gün biz sizinlə kiçik bir test keçirəcəyik. Yuxarıdakı şəkilə diqqətlə baxın: İlk oturub, dincəlmək istədiyiniz kürsünü seçin. Hansı kürsüdə özünüzü rahat hiss edərdiniz?! Testin nəticəsinə görə, siz nə vaxt özgüvəninizin yüksək olduğunu aydınlaşdırmış olacaqsınız. Başlayaq: I. Siz dostlarınızın - çoxdan tanıdığınız, hər bir situasiyaya yanaşma tərzini bildiyiniz və etibar etdiyiniz insanların əhatəsində özünüzü daha güvənli hiss edirsiniz. Il. Siz doğmalarınızın yanında özünüzü daha güvənli hiss edirsiniz. Çox güman ki, siz "ailə" adamısınız və qan qohumluğuna xüsusi dəyər verirsiniz. Ill. Siz situasiyaya nəzarət edə bildiyiniz halda özünə güvəniniz yüksək olur. O halda ki, istədiyiniz an vəziyyəti dəyişib, hadisələri istədiyiniz istiqamətə yönəldə bilirsiniz. IV. Siz emosiyalarınıza çox güvənirsiniz. Yəni, yüksək əhval-ruhiyyədə olmaq sizin fəallığınızı artırır və sizdə özünəgüvən hissini gücləndirir. Sakitlik halında isə... Bu sizə görə deyil... V. Siz öz yaxınlarınızı qoruyub, himayə etdikdə öz güvəniniz daha artır. Sizə dəyərli insanları qoruyub, onlara komfort yaratdığınız an, başqa vaxtlara nisbətən sizdə özünə güvən hissi daha güclü olur. Vl. Siz təklikdə qərar verib, hərəkət etdiyinizdə, özünə güvəniniz daha yüksək olur. Siz özünüzdən başqa bir kimsəyə güvənib və ya başqa birilərinin gördüyü işin məsuliyyəti altına girməyi qəbul etmirsiniz. Siz yalnız öz qərarlarınıza güvənib, sərbəst qərar verib, onları həyata keçirməyə üstünlük verirsiniz. · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #npsixologiyabaku #azerbaijan #baku #psixologiya

31999
3 weeks ago

Biz daim həyatdan və cəmiyyətdən şikayət edirik. Onun haqsızlıqlarla dolu olub, ədalətsiz olduğunu deyirik. Bu, doğurdanmı belədir?! Həyat heç vaxt ədalətli və ya ədalətsiz ola bilməz! Ona görə ki, hər bir hadisəni yaradan bir səbəb və onun bir nəticəsi olur. Problem həyatda deyil, bizim şüurumuzdadır. Bizim özümüzü daim psixoloji problemlərlə yükləməyimizdədir. Bizim orqanizmimiz – emosional tullantılar üçün qutu deyil ki, illər ərzində yaşadıqlarımız, keçirdiyimiz stresslərin hamısını ora tullayaq,... və bu stress yığıntısı orada böyük bir qalaq əmələ gətirsin. Düzdür, orqanizmin özünü müdafiə funksiyaları var. Bü müdafiə funksiyaları bir qisim problemləri, stressləri öz üzərinə götürərərk, onu “həzm edib” oranizmi bu yığıntılardan müəyyən qədər təmizləyir. Amma bizim davamlı sürətdə keçirdiyimiz stresslər, özümüzü yükləməyimiz aramsız davam edir... və biz orqanizmimizə özünü yenidən bərpa etməyə belə vaxt vermirik... Psixoloji xəstliklər - orqanizmin bizim illər ərzində ona yüklədiyimiz “yığıntılara” etiraz əlamətidir. Hər bizi qane etməyən situasiya - əsəbləşməyimiz, fikir çəkməyimiz üçün əsas olmamalıdır, əksinə, olan hadisəyə qarşı bizim təmkinli fikir mübadiləmiz və yanaşma tərzimiz olmalıdır... · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

2515
3 weeks ago

Hörmətli valideynlər! Uşaqlrınızın gələcəkdə formalaşmasına təsir göstərən bir neçə yanaşmanı sizin nəzərinizə çatdırmaq istəyirəm: • Daim tənqidlə əhatə olunan uşaq – günahkar çıxartmağı ; • Qəzəblə əhatə olunan uşaq – ağrı çəkdirməyi; • Daim yalanla qarşılaşan uşaq – yalan danışmağı; • Düşmənçiliklə əhatə olunmuş uşaq – mübarizə etməyi; • Anlayışsız münasibətlər görən uşaq – başqalarına qulaq asmamağı öyrənir. • Qeyri-ciddi və “lağ-lağı” ilə əhatə olan uşaqda – güvənsizlik, qeyri-müəyyənlik inkişaf edir. • Biabırçılıqlarla əhatə olunan uşaq – günahkarlıq hissindən əziyyət çəkir. • Daim dəstəklənən uşaq – müdafiə etməyi; • Gözləntilərlə qarşılaşan uşaq - səbrli olmağı; • Düzlüklə əhatə olunmuş uşaq - ədalətli olmağı; • Sevgi ilə əhatə olunan uşaq – sevib, sevilməyi öyrənir. • Azadlıq seçimi görən uşaqlar – sərbəst qərar verməyi; • Təsdiqlə, güvənlə əhatə olunan uşaq – özünə hörmət etməyi; • Təhlükəsizliklərlə əhatə olunmuş uşaq – inanmağı öyrənir. • Təriflərlə əhatə olunmuş uşaqda isə özünəgüvən yüksək olur. . · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

3938
4 weeks ago

Dünən pasiyentlərimdən biri mənə belə bir qəribə sual verdi:” Doktor, nəyə görə gizli münasibətlər insanı maqnit kimi çəkir?... Bu qədər xəyanət.., xəyanət... deyirik, sizcə, bu, “gizli münasibət” qurmaq istəyinin nəticəsi deyilmi?!... Başqalarını bilmirəm, mən də “gizli sevgiyə” sanki bir ehtiyac var...” Pasiyentimin bu fikri və verdiyi sual məni nədənsə, illər öncəyə apardı... Hələ məktəb dövrlərində Salam Qədirzadənin “46 bənövşə” əsərində oxuduğum Fazilənin sözlərini mənə xatırlatdı:” Sevginin ləzzəti zaqsın kandarına kimidir!”... O vaxtı, 15-16 yaşında bu fikir mənə qəribə gəlsə də, onu bir gizlilik, bir sirrlə bağlamışdım... Əlbəttə, o yaşda bu ifadənin altında yatanları dərk etmək çox tez idi. Buna müəyyən biliklər, araşdırmalar və ən əsası, həyat təcrübəsi lazım idi... Hörmətli izləyicilər! Bu fikri hələki, sizin müzakirənizə verirəm. Hər kəs öz fikrini qavradığı şəkildə ifadə edə bilər. Buyurun! Fikirləriniz mənim üçün çox maraqlıdır... · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

140
4 weeks ago

Yuxu – bildiyimiz kimi, orqanizmin özünü bərpası və beyinin normal fəaliyyətinin tənzimlənməsi üçün lazım olan təbii fizioloji prosesdir. Normal yuxu insan ömrünün təxminən 1/3 hissəsini təşkil edir. Belə ki, 90 il yaşayan bir insan həyatının 30 ilini yatmaqla keçirir. Son illər dünya əhalisinin 8 – 15% yuxu pozuntusundan şikayət edir ki, onlardan təxminən 9 – 11% yuxu gətirici dərmanlardan istifadə edir. Bu hal xüsusən də yaşlı əhali arasında daha geniş yayılıb. Yuxu pozğunluğu, ümumiyyətlə, hər bir yaşda o yaşdaki problemlərə uyğun olaraq inkişaf edir. Yuxu pozğunluğu birincili (yəni heç bir xəstəliklə əlaqəsi olmayan) və ikincili (yəni xəstəlik fonunda) olur. Ümumiyyətlə, yuxu pozuntuluğunun tibbdə 4 forması müəyyən edilir: 1) Yuxusuzluq- yəni az yatmaq və ya yuxunun keyfiyyətinin aşağı olması. 2) İnsomniya – yuxuya getmənin və yatmanın pozğunluğu. 3) Hipersomniya - yuxululuğun artması, xüsusi ilə də gündüzlər . 4) Parasomniya – orqan və sistemlərin funksional pozğunluğu zamanı yaranan yuxu pozğunluğu. Bu vaxtı yuxuda qeyri – adi fenomenlər baş verir ( yuxuda gəzmə, gecə dəhşətləri, yuxuda danışma və s.). Yuxusuzluğun erkən yuxusuzluq ( yata bilmir ), orta yuxusuzluq ( səthi yuxulama ), gecikmiş yuxusuzluq ( erkən oynama ) kimi növləri mövcuddur. Yuxusuzluğun əksi olan yuxuculluq – hipersomniya depressiyadan və asteniyadan əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Parosomniya qrupuna aid olan pozuntular daha çox kliniki əhəmiyyət kəsb edir. Bura aiddir: Somnambulizm – el arasında buna “lunatizm” də deyilir. Yuxu zamanı yataqdan qalxaraq, huşsuz halda bir neçə dəqiqədan bəzən yarım saata qədər gəzmək; Narkolepsiya – vaxtından və məkanından asılı olmayaraq yuxulama; Gecə apnoesi – yuxu zamanı tənəffüs tormozlanması. Bu vəziyyət xırıltılı səs çıxarmaqla təzahür edir. Y uxu pozuntularını aradan qaldırmaq üçün ona əmələ gətirən səbəbi aradan götürmək vacibdir. Əgər bu səbəblər yoxdursa və ya bu səbəblərin nə olduğu bilinmirsə mütəxəssisə müraciət etmək lazımdır. · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

1305
4 weeks ago

Hər bir insanın normal və sağlam yuxuya ehtiyacı var. Amma bəzən gecə yuxusu bizi qane etmir və biz yuxudan yorğun, əzgin oyanırıq və ya oyanmaq üçün səy göstəririk. Bu niyə baş verir? Əksər böyük, yaşlı insanlarda gecə yuxusunun müddəti 7 – 8 saat təşkil edir. Yuxusu 6 saatdan az davam edən şəxslər doyunca yata bilmədiklərindən şikayət edirlər və həyatlarından məmnun qalmırlar. Yaxşı rahat yuxu 5 – 6 tam tsikldən ibarətdir ki, hər bir tsikl səthi və dərin olmaqla iki hissəyə bölünür. Səthi yuxu sürətli yuxu olub, birinci fazanı təşkil edir. Dərin yuxu ləng yuxu hesab olunub öz növbəsində dörd ardıcıl fazadan ibarətdir. Birinci mərhələdə beyin sanki yuxu və oyanıqlıq arasında olur: bəzi əzələlərdə (məsələn: üz və yuxarı ətraf əzələləri) tək – tək səyrilmələr müşahidə olunur. Digər əzələ qrupları isə boşalmış vəziyyətdə olur. Bu vəziyyətdə yuxu dərinləşərək tədricən ikinci mərhələyə keçir. Bu mərhələ üçün xarakterik xüsusiyyətlər tənəffüs və ürək sayının nisbətən seyrəkləşməsi və bədən temperaturunun nisbətən aşağı enməsidir. Üçüncü mərhələdə bu əlamətlər daha da dərinləşir. Dördüncü mərhələdə dərinlik daha da artıb pik nöqtəsinə çatır. Belə ki, bu fazada mühitdən gələn qıcıqların qəbul edilməməsi, tənəffüsün dərin, ritmik və seyrək olması və s. qeyd olunur. Alimlər hər mərhələnin davam etmə müddətini öyrənməklə yuxunun birinci mərhələsində, yəni sürətli yuxu fazasında oyanmanın daha məqsədə uyğun olduğunu bildirirlər. Orta rəqəmlə insanın 15 dəqiqəyə yuxuladığını nəzərə alsaq biz insasnın yuxudan rahat oyanmaq vaxtını təyin edə bilərik. Belə ki, məsələn əgər saat 6 – da durmaq istəyiriksə saat 20:45 – də və ya 22:15 – də yerimizə uzanmalıyıq.· #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

1451
4 weeks ago

Bu gün sizinlə qadın və kişilərin seçim edərkən, “sözün əsl mənasında” olan istəklərini, qısa şəkildə, müzakirə edəcəyik... Kişilər tərəf müqabili seçəndə, qarşı tərəfdən ən vacib istəyi və böyük gözləntisi, yəni onlar üçün ən əhəmiyyətli olan kriteriya - arzulanılması, başqa sözlə pərəstiş olunması, yəni özünü lazımlı hiss etməsidir. Bu, kişilərdə onların “lider” olmaq və “qorumaq” tələbatını təsdiqləyir və onların güclü olduqlarını bir daha özlərinə sübüt etmiş olur. Artıq bir sirr deyil ki, “əksər hallarda”, hər bir kişi özünü güclü və lazımlı hiss etdiyi qadının yanında olmaq istəyir... Çünki, kişilər təbiətcə “qoruyucu”, “himayəçi”və “lider“dirlər... Bəs qadınlar?!... Onların istəyi nədir?! Əsrlərdən bəri bütün qadınların istəyi özünü təhlükəsizlikdə hiss etmək, qorunmaq, özünün və övladlarının həyatının təminatlı olduğunu hiss etməkdir. Bu, onlarda güvən və rahatlıq hissi yaradır. Qadınların kişilərdən istəyi və gözləntisi də məhz budur... Yəni, “əksər hallarda”, qadın özünü zəif hiss etdiyi kişinin yanında olmaq istəyir. İndi, deyəcəksiniz ki, dövrümüzdə kifayət qədər güclü və “kişi” kimi qadınlar var ki, hər sahədə özlərini təsdiq ediblər... Biz gələn postlarımızda bu mövzunun müzakirəsinə qayıdacağıq... İndi isə, bir şeyi də unutmamanızı istərdim: Nə qədər güclü qadın olur-olsun, o, hər bir halda, özündən güclü bir kişinin dayağına ehtiayac duyur... Və nə qədər “güclü” olsa belə, əgər tərəf müqabilini sevirsə, onun yanında o, uşaqlaşır, zəif və zərif bir məxluqa dönür... Mövzuda istifadə etdiyim “əksər hallarda” ifadəsinə gələn postların birində aydınlıq gətirəcəm... · #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

1.4k31
4 weeks ago

Sevgi gözləntiləri. Bir – birinə “isti” münasibət bəsləyən cütlüklərin – qadın və kişinin bir-birindən nə isə umması, nə isə istəməsi və ya nə isə gözləməsi sirr deyil... Amma bəzən münasibətlərdə yaranmış anlaşılmazlıqlar, bu gözləntilərin “nəzərdən qaçmasına” səbəb olur ki, bu da aradakı səmimiyyəti tədricən məhv edir. Cütlüklər arasında mehribanlıq, səmimiyyət, hörmət və münasibətlərdə davamlılıq yaradacaq “sevgi ehtiyaclarını” sizin nəzərinizə çatdırmaq istəyirəm. Hər bir cinsin özünəməxsus ehtiyacı - gözləntisi var... Qadınların ehtiyac duyduğu, onlar üçün vacib olan istəklər: • Qayğı • Anlayış • Hörmət • Sadiqlik • Etiraf • Etimad Kişilər üçün vacib nüanslar: • Özlərinə qarşı inam • Olduqları kimi qəbul olunmaq • Bəyənilmək • Minnətdarlıq • Heyranlıq • Təqdir olunmaq • Təşviq Yalnız özünün ilkin ehtiyaclarının ödənilməsindən əmin olduqdan sonra, insan sevginin müxtəlifliyini qəbul edib, onu qiymətləndirməyə qadir olur. . #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

1.6k30
1 month ago

🌜Həssas adamlar əsəb xəstəliyinə daha tez tutulurlar 🌈Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanıxüsusilə ürəyin qayğısını çəkmək lazımdır. 🌈Bir sıra mənfi amillər - nigarançılıq, təngə gəlmək, yorğunluq da nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Nəzərə alın ki əsəb insanda bir çox inanmayacağınız xəstəliklərə başlanğıc verir! Tələsin 🏃... Özünüzə vaxt ayırmağın vaxdıdır.🤗 #əsəb #nevroz #nevrolojiproblemler #nevrolojixestelikler #sağlamhəyat #rahatol #sağlıklı #sağlaminsan #təbii #bitkiselürünler #bitkiseltedavi #tibettebabeti #tibet #gözəlliksirləri #gözəlgörünüş #rahathəyat #sağlamlığagedənyol #bitkiçayları #azerbaycan #aztagram #azerbaycan 🇦🇿 #baku #naxcivan

3212
1 month ago

XOŞBƏXTLİK HORMONLARI. Bizim xoşbəxtlik adlandırdığımız hisslər beynimizdə olan neyrokimyəvi maddələrin varlığı ilə təmin edilir ki, bunlara da “xoşbəxtlik hormonları” deyilir. Bu xoşbəxtlik hormonları beynimiz müsbət və sevindirici hadisələri təsbit etgiyi an daha fəal şəkildə sintez olunur. Bəs, hansıdır bu “xoşbəxtlik horminları”?! Dofamin, endorfin, oksitosin və serotonin... Bu neyrokimyəvi hormonların hər biri özünəməxsus müsbət bir hiss yaradır. Dofamin – insan özünə vacib olan hər hansı bir tapıntını əldə etdikdə, keçirdiyi sevinc hissini yaradır. Endorfin – ağrini yüngülləşdirən unutqanliq və yüngüllük hissini yaradır. Buna bəzən eyforiya da deyilir. Oksitosin – təhlükəsizlik hissi yaradıb, qorxunu aradan qaldırır. Məhz buna görə, çox vaxt “sosial əlaqələr” hormonu da adlandırırlar. Serotonin – etiraf və ətraf mühitə qarşı hörmət, tanıma (qəbul etmə) hissini yaradır. Bundan başqa, hər bir neyromediator davranışın xüsusi bir növünü formalaşdırır. Dofamin –mükafat qazanmaq məqsədilə, hətta həyata keçirilməsi xüsusi güc və enerji tələb edən elementlərin əldə edilməsini stimulə edir. Endorfin – müxtəlif hadisələr, travmalar və ağır yaralanmalar zamanı yarana biləcək qorxu və vahimə hissinindən qorunmaq üçün, ağrini dəf etmək hissini fəallaşdırır. Oksitosin – cəmiyyət içərisində müxtəlif faktorlardan daha çox müdafiə olunduğunu nəzərə alaraq, ətraf mühitlə münasibətdə güvənin yaranmasini təmin edib, aktivləşdirir. Serotonin – özünü və ətraf mühiti qiymətləndirməyi, eyni zamanda hörmət etmək hissini fəallaşdırır. Beləliklə, “xöşbəxtlik hormonlarının” məqsədləri: Dofamin – mükafat gözləntisi Endorfin –fiziki ağrini dəf etmək Oksitosin – sosial əlaqələr qurmaq Serotonin – hörmət qazanmaq . #aztagram #psixologiyart #insanpsixologiyası #psixologiya2018 #psixoloq #psixoterapevt #əsəb #psixologiyabaku #azerbaijan #baku #psixologiya

28711
1 month ago

QLİSİMAQ B6 kapsullar Tərkibi: Maqnezium oksid 300 mq B6 vitamini 10 mq Qlisin 115 mq Melissa 100 mq Farmakoloji xüsusiyyətləri: Maqnezium sümük hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdırır, sinir keçiriciliyini tənzimləyir, 300 - dən çox fermentin sintezində iştirak edir. B6 vitamini koferment kimi bir çox metabolik proseslərdə, 60-dan çox enzimlərin, neyromediatorların (serotonin, dopamin) sintezində, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Qlisin amin turşu olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasiya edən neyromediatordur. Melissa sakitləşdirici təsirlə yanaşı, spazmolitik və köp əleyhinə təsirə malikdir. Yuxunu normallaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Göstərişləri: Maqnezium və B6 defisiti ilə əlaqədar pozğunluqların profilaktikası və çatışmazlığı zamanı yaranan pozğuluqlar: Sinir oyanıqlığının artması Yuxunun pozulması Qıcıqlanma Xronik yorğunluq Həyəcan və qorxu Əzələ spazmı və ağrıları ÜİX müalicə və profilaktikası Taxikardiya Mədə-bağırsaq traktının funksional pozğunluğu Uşaqlığın hipertonusu Hamiləlik toksikozu Dölün inkişafının ləngiməsi Dozalanması: 12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1kapsula gündə 1-2 dəfə istifadə olunur #apteklər #avromed #əsəb #əsəbi #nevrologiya #nevroloq #depressiya #depressiyadançıxışyolu #saglamliq #tablet #kapsul #dərman #azərbaycan 🇦🇿 #aztagram #azerbaijan #tibbkolleci #tibbuniversiteti #24saat #həyat #həyatınritmi #yuxu #yuxusuzluq #yuxusuz #uşaqlar

546