Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində, təxminən gecə saat 2 radələrində Masallı sakini, 1988-ci il təvəllüdlü Emil Ehtiram oğlu Səfərov öldürülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emil Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub. Həmin vaxt Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emil Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emil Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Emil Səfərovun meyitini müayinə edən məhkəmə tibb ekspertləri onun bədəni üzərində 41 bıçaq xəsarəti sayıblar. Onun həyati vacib orqanlarının əksəriyyətinin zədələndiyi, kəskin qan itirmədən dünyasını dəyişməsi haqda ilkin rəy verilib.

Qanlı hadisə ilə əlaqəli yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri qətldən sonra Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. 
İlkin araşdırmalar zamanı üzə çıxıb ki, Emil Səfərov həbsdən yenicə çıxıb. Ötən il onu qanunsuz odlu silah saxlamağa görə məhkum ediblər. Lakin E.Səfərov həbsdən vaxtından əvvəl buraxılıb. O da məlumdur ki, E.Səfərov kriminal aləmdə nüfuz qazanmağa cəhd edənlərdən olub. Onu kriminal aləmdə maşınının nömrə nişanının sonluğu ilə “Emin 444

Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində, təxminən gecə saat 2 radələrində Masallı sakini, 1988-ci il təvəllüdlü Emil Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emil Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub. Həmin vaxt Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emil Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emil Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Emil Səfərovun meyitini müayinə edən məhkəmə tibb ekspertləri onun bədəni üzərində 41 bıçaq xəsarəti sayıblar. Onun həyati vacib orqanlarının əksəriyyətinin zədələndiyi, kəskin qan itirmədən dünyasını dəyişməsi haqda ilkin rəy verilib. Qanlı hadisə ilə əlaqəli yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri qətldən sonra Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı üzə çıxıb ki, Emil Səfərov həbsdən yenicə çıxıb. Ötən il onu qanunsuz odlu silah saxlamağa görə məhkum ediblər. Lakin E.Səfərov həbsdən vaxtından əvvəl buraxılıb. O da məlumdur ki, E.Səfərov kriminal aləmdə nüfuz qazanmağa cəhd edənlərdən olub. Onu kriminal aləmdə maşınının nömrə nişanının sonluğu ilə “Emin 444" ləqəbi ilə çağırırmışlar. Bəzi məlumatlara görə, qanlı dava iki ayrı kriminal qruplaşmanın nümayəndələri arasında baş verib. Emil Səfərovla Həsən Tağıyevin “razborkası”nın kökündə də kriminal məzmunlu mübahisənin dayandığı haqda məlumatlar var. Hadisə baş verən gün Emil Səfərov idarə etdiyi maşınla gecə yarısı Həsən Tağıyevin kirayə yaşadığı evin qarşısına gəlib. Emil Səfərovun maşınında başlayan söhbət davaya çevrilib və bıçaq işə düşüb. #qorxulu #morq #dəhşət #instaday

0 Comments

FEATURED